Azərbaycan Universitetinin nümayəndə heyəti Polşanın Krakov İqtisadiyyat Universitetində görüşlər keçirib
Azərbaycan Universitetinin nümayəndə heyəti Polşanın Krakov İqtisadiyyat Universitetində ezamiyyətdədir. Nümayəndə heyətində rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova təmsil olunur.
Azərbaycan Universitetindən “Azərbaycan müəllimi”nə bildirilib ki, nümayəndə heyəti birhəftəlik səfər zamanı əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi məqsədilə müxtəlif görüşlər keçirib. Doktorantura Təhsili və Prosedurları Mərkəzinin rəhbəri Agnieszka Qucva ilə gələcəkdə doktorantlara ikili rəhbərlik məsələləri, MBA ofisinin rəhbəri Monika Bulsza ilə MBA sahəsində əməkdaşlıq, Dövlət İdarəçiliyi Məktəbinin direktoru Piotr Kopycinski ilə bu sahədə birgə layihələrin işlənməsi, Beynəlxalq əlaqələr şöbəsinin direktor müavini Slyvia Rutvoska ilə isə ikili diplom proqramı müzakirə olunub.
Nüşabə Quliyeva və Elmira İsmayılova Azərbaycan Universitetinin hazırda təhsilini Krakov İqtisadiyyat Universitetində davam etdirən magistratura tələbəsi Şaiq İsmayılov ilə də görüşüblər.
Qeyd edək ki, Azərbaycan Universiteti Polşanın Krakov İqtisadiyyat Universiteti ilə “Erasmus+ KA1” layihəsi çərçivəsində əməkdaşlıq edir. Nümayəndə heyətinin işgüzar görüşləri davam edir.
1 /2
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)