22 noyabr 2024

Bütün xəbərlər
test
22 noyabr, 09:11
15

Gəncə Dövlət Universitetinin (GDU) Tarix-coğrafiya fakültəsində “COP29: Azərbaycanın dünyaya töhfəsi” mövzusunda tədbir keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva “COP29: Məqsədyönlü siyasətin növbəti uğurlu mərhələsi” adlı məruzə ilə çıxış edib. Bildirib ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 həm əhəmiyyətinə, həm də iştirakçıların sayına görə Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən böyük tədbirdir. Prorektor ölkəmizin ətraf mühitin qorunması, qlobal iqlim dəyişmələri sahəsində beynəlxalq səyləri daim dəstəklədiyini və bu prosesə töhfələr verdiyini vurğulayıb.

Tarix-coğrafiya fakültəsinin dekanı Urfan Həsənov “Planetimizin xilası iqlim dəyişkənliyinin qarşısının alınması və ətraf mühitin qorunmasındadır” mövzusunda çıxış edərək, Prezidentin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” və işğaldan azad edilmiş ərazilərin “Yaşıl enerji” zonası elan edilməsinin ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Tədbirdə Coğrafiya kafedrasının əməkdaşı Nəsibə Hacıyeva “Qlobal istiləşmənin dağlıq ərazilərin buzlaqlarına təsiri”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev “COP29: Yaşıl dünya naminə hərəkat”, Coğrafiya kafedrasının baş müəllimi Seymur Xəlilov “Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında bərpaolunan enerjinin rolu”, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi Zərifə Seyidova “İqlim dəyişikliklərinin səbəbləri və nəticələri”, Ekologiya və təbiəti mühafizə kafedrasının müəllimi Məkufə Quliyeva “Azərbaycanın növbəti uğuru – COP29” adlı məruzələrlə çıxış ediblər.

1 /3

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20November%202024/f6885f7f-5c63-4c37-8f38-1c41951af440_IMG_7906-%C3%90%C2%BA%C3%90%C2%BE%C3%90%C2%BF%C3%90%C2%B8%C3%91%C2%8F-%C3%90%C2%BA%C3%90%C2%BE%C3%90%C2%BF%C3%90%C2%B8%C3%91%C2%8F.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20November%202024/1d6e1e31-d0f0-4a54-83c7-1a055a76bde7_IMG_7891-%C3%90%C2%BA%C3%90%C2%BE%C3%90%C2%BF%C3%90%C2%B8%C3%91%C2%8F-%C3%90%C2%BA%C3%90%C2%BE%C3%90%C2%BF%C3%90%C2%B8%C3%91%C2%8F-%C3%90%C2%BA%C3%90%C2%BE%C3%90%C2%BF%C3%90%C2%B8%C3%91%C2%8F-2.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/22%20November%202024/e6ad17d5-7f22-4bd2-b7b4-ed99fc4b5dcb_173219720950962480_1200x630.jpg

Xəbər lenti

22 noyabr, 17:33
20

ADNSU-nun startapları COP29-da təqdim edilib

22 noyabr, 15:20
18

Səfir: Azərbaycan Gürcüstandakı soydaşlarımızın təhsili ilə bağlı təşəbbüslərə dəstək verməyə hazırdır

22 noyabr, 15:17
21

Azərbaycan Universitetinin nümayəndə heyəti Polşanın Krakov İqtisadiyyat Universitetində görüşlər keçirib

22 noyabr, 15:11
11

PhET interaktiv simulyasiya platforması Azərbaycan dilinə tərcümə ediləcək

22 noyabr, 14:57
18

“Memarlıq və inşaatda enerji və ətraf mühit texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

22 noyabr, 13:35
78

Velosipedin pedallarından enerji istehsal edilir - Gəncə müəllimləri və tələbələrinin birgə layihəsi

22 noyabr, 13:13
38

Dərnəklərin istedadlı məktəbliləri

22 noyabr, 12:09
53

Şagirdlərimi real dünya problemləri ilə üzləşdirirəm -  Abşeronun gənc informatika müəlllimi

22 noyabr, 11:32
23

Pedaqoji Kollecin inklüziv təhsillə bağlı layihəsi 50,000 manat qrant qazanıb

22 noyabr, 10:32
80

Lənkəran Peşə Təhsil Mərkəzi və Malayziya Beynəlxalq Mədəni Ünsiyyət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

22 noyabr, 10:26
234

Əminağa Sadıqov: Özəl sektor əqli mülkiyyətə investisiya qoysa, daha çox gəlir əldə edər

22 noyabr, 10:22
11

Məktəbin İnkişaf Planı reallaşdırılan ümumi təhsil müəssisələrində metodik görüşlər davam edir

22 noyabr, 09:21
19

“Dayanıqlı İnkişaf Məqsədləri və universitetlər: beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda tədbir keçirilib

21 noyabr, 18:50
43

BMqT nümayəndəsi: “Azərbaycan iqlim savadlılığına dair mühüm təkliflər irəli sürüb” 

21 noyabr, 18:32
56

COP29 çərçivəsində “İqlim fəaliyyəti üçün qızların səlahiyyətləndirilməsi” mövzusunda tədbir keçirilib

21 noyabr, 17:21
71

Qaranlıq dünyalarına işıq gətirən məktəb – REPORTAJ

21 noyabr, 17:19
17

ADPU ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib

21 noyabr, 17:07
8

“Zəfərimiz əbədidir” adlı regional intellektual yarış keçirilib

21 noyabr, 16:55
13

AzMİU-nun rektoru Burkina Fasonun nümayəndə heyəti ilə görüşüb

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.