Bütün xəbərlər
29 noyabr, 15:40

Dinozavrların nəsli asteroid zərbəsi nəticəsində milyon illər əvvəl sona çatıb. İndi isə Yer kürəsinin bugünkü sakinlərinin ağlında belə bir sual dolaşır: biz də eyni aqibətlə üzləşə bilərik? Axı kainatın dərinliklərində səssiz-səmirsiz irəliləyən bir asteroid bir gün bizim dünyamıza da ölümcül “qonaq” ola bilər. Amma fərq burasındadır ki, bu dəfə insanlar bu təhlükəni seyr etmək yox, onun qarşısını almaq barəsində düşünürlər.

Xoşbəxtlikdən alimlər artıq bu fəlakətin qarşısını almaq üçün çalışırlar. Elmi jurnalist Robin Corc Endryusun “How to kill an asteroid” ( “Astroidi necə öldürməli” ) adlı kitabı məhz dağıdıcı asteroidləri zərərsizləşdirmək sahəsində aparılan mövcud işlərə dərindən baxışlar toplusudur.

Kitabın adı bir qədər aldadıcıdır. Endryusun izahına görə, Yeri asteroid təhlükəsindən xilas etməyin ən yaxşı yolu onu kosmosda partlatmaq deyil, hələ uzaq məsafədə ikən onu başqa istiqamətlərə yönləndirməkdir. Bunun fiziki tərəfləri isə olduqca mürəkkəbdir: Hansı asteroidlər zərərsizdir, hansılar təhlükə yaradır? Alimlər onu vaxtında aşkar edib müdaxilə edə biləcəklərmi? Bəs asteroidin trayektoriyasını dəyişdirsək, o, Yerə yönəlmiş minlərlə dağıdıcı parçaya çevrilə bilərmi?

Planetar müdafiə sahəsi bir qədər yeni istiqamətdir. 1980-ci illərdə elmi təxəyyül olaraq başlayan bu sahə 1990-cı illərdə inkişaf etməyə başladı. Endryus bu sahə haqqında geniş məlumatlar və kontekst təqdim edir, oxucuları həm dünya üzrə, həm də tarixi perspektivdə səyahətə çıxarır. O, əsrlər əvvəl Yerə düşmüş asteroidlər barədə məlumatlardan tutmuş, son dövrlərdə keçirilən hazırlıq məşqlərinə qədər hər şeydən bəhs edir.

Kitabda xüsusi diqqət NASA-nın “İkiqat asteroid yönləndirmə sınağı” (DART - Double Asteroid Redirection Test) missiyasına yönləndirilib. 2021-ci ildə həyata keçirilən bu missiya Dimorfos adlı asteroidin orbitdən çıxarılmasını sınaqdan keçirdi. 26 sentyabr 2022-ci ildə aparat asteroidlə toqquşaraq onun yolunu dəyişdi. Endryus kitabda bu hadisəni həm dramatik, həm də yüngül və zarafatcıl bir dillə təsvir edir.

Lakin DART-ın uğurlarına baxmayaraq, Endryus bir həqiqəti vurğulayır: Bu missiya hazırda bəşəriyyətin malik olduğu yeganə sınaqdan keçirilmiş müdafiə strategiyasıdır. Planetar müdafiə proqramları üçün daha çox investisiya və yeni yanaşmalar lazımdır.

Kitab həm də bürokratik maneələrə diqqət çəkir. NASA-nın NEO Surveyor kimi layihələri maliyyə çatışmazlığı səbəbindən həyata keçirilə bilmir. 2020-ci ildə dağılmış Aresibo Rəsədxanası da artıq insanların xidmətində deyil.

Bununla yanaşı, asteroid təhlükəsi yalnız elmi deyil, sosial, iqtisadi və siyasi məsələləri də gündəmə gətirir. Belə bir təhlükə yaranarsa, yayılan yanlış məlumatlar iqtisadi çaxnaşma yarada bilər, ölkələr nüvə proqramlarını bu bəhanə ilə genişləndirə bilər və ya kütləvi miqrasiyalar baş tuta bilər.

Bütün bunlara baxmayaraq, "Asteroidi necə öldürməli" kitabı ümumilikdə ümidverici notlarla yekunlaşır. Endryus bizi bu sahəyə daha çox diqqət və resurs ayırmağa çağırır. Elm adamları isə artıq bu missiyaya hazırdırlar.

Mənbə: https://www.sciencenews.org/article/robin-andrews-kill-asteroid-review

Şərhlər

Xəbər lenti

15 oktyabr, 12:50

Sözün zirvəsinə boy verən şair…

15 oktyabr, 12:42

Məktəbəhazırlıq qrupları və I siniflərin yerdəyişməsi bu tarixdən aparılacaq

15 oktyabr, 12:36

Nobel laureatı: “Məəttəl qalmışam…”

15 oktyabr, 12:25

I sinfə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi başa çatır

15 oktyabr, 12:07

Xarici tələbələr Azərbaycan ərazilərini ziyarət ediblər

15 oktyabr, 11:32

AzMİU-da tələbələrə narkotik vasitələrin zərərləri barədə məlumat verilib

15 oktyabr, 10:52

“Rəqəmsal məktəb” layihəsinin beynəlxalq sərgidə təqdimatı olub

15 oktyabr, 10:30

Bu gün Xudu Məmmədovun anım günüdür

15 oktyabr, 10:10

Uşaq bağçada da televizora baxacaqsa, ora niyə gedir?

15 oktyabr, 10:03

BMU tələbəsi “TurkicSkills 2025”də qalib olub

15 oktyabr, 09:42

Qızı ilə sinif yoldaşı olan ana attestat aldı

14 oktyabr, 18:33

"Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci DİM Dialoqu keçirilib

14 oktyabr, 17:45

Azərbaycan cəmiyyətində müəllimlər dəyərli hesab olunurlar - OECD

14 oktyabr, 17:25

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün ixtisasartırma təlimlərinə start verilib

14 oktyabr, 16:52

ADPU-da mentorluq proqramı start götürüb

14 oktyabr, 16:45

ADNSU-da gənclər üçün IT təlimi keçirilib

14 oktyabr, 16:31

Fizika və biologiya olimpiada seçmələrinin nəticələri elan olundu

14 oktyabr, 15:53

UNEC-də “Stresin və emosional zəkanın idarə olunması” mövzusunda təlim keçirilib

14 oktyabr, 15:50

ADNSU əməkdaşları sənaye təcrübə proqramında iştirak ediblər

14 oktyabr, 15:35

62 min əlilliyi olan uşağın cəmi 13 mini təhsil alır, bəs qalanlar haradadır?

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.