Bütün xəbərlər
29 noyabr, 16:06

Gəncə  Dövlət  Universitetinin “Məişət zorakılığı və insan alverinə qarşı mübarizə” mövzusunda tədbir təşkil edib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbiri giriş sözü ilə açan Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva bildirib ki, 10 oktyabr 2006‐cı il tarixində Azərbaycan Respublikasının “Gender bərabərliyinin təminatları haqqında” Qanunu qəbul edilib. Bundan başqa Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş “İnsan alverinə qarşı mübarizə” Qanunu da var. Prorektor diqqətə çatdırıb ki, qeyd olunanlara  əlavə  olaraq 22 iyun 2010‐cu ildə  “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Keçirilən  tədbirin məqsədi də bu sahədə gənclərin məlumatlılığını artırmaq, mövcud risklərin qarşısını almaq, müəyyən olunmuş qaydalar, prosedurlar və şərtlərlə tanış etməkdir. Çıxışda o da nəzərə çatdırıldı ki,  Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən geniş miqyaslı tədbirlər həyata keçirilir. Gənclər hər zaman ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, bu təhlükədən uzaq durmağa çağırılır. O da vurğulanıb ki, cəmiyyət özü də bu sahədə fəallıq göstərməli, zorakılıq hallarının baş verməməsi üçün səylərini birləşdirməlidir.

Tədbirdə Psixologiya kafedrasının baş müəllimi İlham Məmmədov,  Rus dili kafedrasının dosenti Kubra Ələkbərova,  I kurs tələbələri Ülviyyə Məmmədli  və Aysun Abdullayeva mövzu ilə bağlı çıxışlar ediblər.

Tədbirin davamında maarifləndirici videoçarx  nümayiş etdirilib.

1 /3

Şərhlər

Xəbər lenti

3 iyul, 20:58

Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışı olub

3 iyul, 20:00

#AzərbaycanMüəllimləri müsabiqəsinin qalibləri mükafatlandırılıb

3 iyul, 18:33

MİQ üzrə imtahanların ilk günü başa çatdı – Davamiyyət 81 faiz olub

3 iyul, 17:15

Tələbə krediti üçün il sonunadək ayrılan vəsaitin həcmi açıqlandı

3 iyul, 17:15

"Müəllim işləmək uşaqlıq arzum olub” - Naxçıvanda MİQ imtahanı həyəcanı

3 iyul, 16:45

Azərbaycan dili imtahanının nəticələri elan olunub

3 iyul, 16:29

DİM 393 abituriyentin yazı işinə düzəliş edib: 6-sının balı endirilib

3 iyul, 16:27

Qəbul imtahanı ilə bağlı apellyasiya nəticələri açıqlanıb

3 iyul, 16:01

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat davam edir

3 iyul, 15:45

Hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

3 iyul, 15:15

MİQ imtahanının ilk gününün birinci seansında davamiyyət 83 faiz olub

3 iyul, 15:08

İyulun 13-də keçiriləcək qəbul imtahanlarında iştirak edənlərin NƏZƏRİNƏ!

3 iyul, 14:52

"Müəllimlərin "çətin" hesab etdiyi suallar nəzəri baxımdan mürəkkəb deyil" – Nəzakət Mehdiyeva

3 iyul, 14:50

“Hüquqşünaslıq” üzrə təhsil alanların 81 faizi peşə tanınması imtahanından kəsilib

3 iyul, 14:48

Nəzakət Mehdiyeva: Kimya müəllimlərinin 85 faizi sertifikatlaşdırmada 30 balı keçib

3 iyul, 14:43

Müəllim və şagirdlər premium səviyyəli süni intellektdən pulsuz istifadə edəcəklər

3 iyul, 13:07

“Öz üzərimdə mütəmadi çalışmağım yüksək bal toplamağıma çox kömək etdi” – Kimya müəllimi

3 iyul, 12:50

İnklüziv təhsil: Qlobal yanaşmalar və Azərbaycan təcrübəsi

3 iyul, 12:44

BDU-da “Code8 Hackathon” keçirilib

3 iyul, 12:42

“Mobil proqramçı” ixtisası üzrə təlimə qeydiyyat başlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.