Bütün xəbərlər
20 noyabr, 12:30

Pedaqoji fəaliyyətinə kənd məktəbindən başlayan Dürdanə Kərimova ingilis dili dərslərini keçmək üçün effektiv metodlardan istifadə edir

Müasir təhsil sistemi yalnız bilik verməklə kifayətlənmir, həm də şagirdlərin bacarıq və potensialını üzə çıxarmağı hədəfləyir. Mingeçevir şəhəri 16 nömrəli məktəbin ingilis dili müəllimi Dürdanə Kərimova da bu məqsədi həyata keçirmək üçün çalışır. Gənc müəllim şagirdlərini tədris proqramına uyğun hazırlamaqla yanaşı, onları yeni dünya sisteminin tələblərinə cavab verən bacarıqlı fərdlər kimi yetişdirməyə çalışır.

“Peşəmə olan sevgim çətinliklərin öhdəsindən gəlməyimə dəstək olur”

Dürdanə Kərimova pedaqoji fəaliyyətinə Ağdaş rayonunun Şıxlı kənd tam orta məktəbində başlayıb. Müəllimlərin işə qəbul imtahanında yüksək nəticə göstərən bu gənc həm də Gənc Xarici Dil Müəllimlər Birliyinin Mingeçevir şəhəri üzrə koordinatorudur.

“Başqa rayonda işləmək, hər gün iki-üç avtobus dəyişməklə 3 saatlıq yol qət etmək asan deyil. Lakin peşəmə olan sevgim çətinliklərin öhdəsindən gəlməyimə dəstək olur” deyən pedaqoqun yüksək motivasiyası və məqsədə bağlılığı onun çətin şəraitdə belə uğur qazanmasına imkan yaradıb. 

D.Kərimova internetə çıxış imkanlarının zəif olduğu kənd məktəbində tədris prosesində effektiv təlim metodlarını tətbiq etmək üçün fərdi resurslardan istifadə edir. Şagirdlərinin dinləmə və danışıq bacarıqlarını inkişaf etdirmək üçün telefonuna yüklədiyi audio və videomateriallardan istifadə şagirdlərinin motivasiyasını artırmaqla yanaşı, onların ingilis dili üzrə kommunikativ bacarıqlarını təkmilləşdirir.

D.Kərimova dərs prosesində motivasiyaedici və dəstəkverici təlim mühiti yaratmaqla şagirdlərdə özünəinam hissini gücləndirir. O, "şagird heç vaxt səhv cavab verməkdən çəkinməməlidir" fikrini pedaqoji fəaliyyətinin təməl prinsipinə çevirib və şagirdlərin sərbəst düşüncəli, özünüifadə bacarıqlarına malik fərdlər kimi yetişməsinə töhfə verir.

Gənc müəllimin pedaqoji yanaşması inklüziv təhsilin əsas prinsiplərinə uyğun olaraq, fərdi təlim metodlarının tətbiqi üzərində qurulur. Onun beynəlxalq təhsil standartlarına əsaslanan inklüzivlik konsepsiyası hər bir şagirdin unikal potensialını inkişaf etdirməyə xidmət edir. “Təhsili hər kəs üçün əlçatan etmək vacibdir” deyən müəllim inklüziv təhsilin reallaşdırılması üçün müasir kurikulumun tələb etdiyi adaptiv tədris metodlarından geniş istifadə edir.

Şagirdlərini özünüifadə bacarığına malik fərdlər kimi yetişdirməyə çalışır

Müasir təhsildə innovativ yanaşmaların tətbiqi, müəllimlərin davamlı inkişafı və peşəkar hazırlıq səviyyəsinin artırılması ilə sıx bağlıdır. Şimali Karolina Dövlət Universitetində ELT proqramında magistr təhsili almaqla yanaşı, beynəlxalq konfranslarda təqdimatları ilə çıxış edən gənc müəllim dünyanın təhsil sahəsindəki bəzi təcrübələri Azərbaycan təhsil mühitinə gətirməyə çalışır.

Dürdanə Kərimova yalnız bilik verən deyil, həm də gələcək nəsillərin tərbiyəsinə, onların fərdi inkişafına dəyərli töhfə verən bir müəllimdir. O, şagirdlərini hərtərəfli hazırlıqlı, özünüifadə bacarığına malik fərdlər kimi yetişdirmək üçün yorulmadan çalışır. Təhsildə müəllimlərin peşəkarlığının artması və yeni tədris metodlarının tətbiqi şagirdlərə olan yanaşmada əsaslı dəyişikliklər yaradır. D.Kərimovanın gördüyü işlər Azərbaycanın təhsil sistemində müasir təhsil yanaşmasının və kurikulumun əsas prinsiplərinin reallaşdırılması istiqamətində əhəmiyyətli addımlardır. 

1 /2

Şərhlər

Xəbər lenti

2 iyul, 16:10

Nazir müavini: Ölkənin gələcəyi yaradıcı gənclərin fəaliyyətinin səmərəliliyi ilə təmin olunur

2 iyul, 15:25

2024-2025-ci tədris ilində SABAH qruplarından 1421 nəfər məzun olur

2 iyul, 14:40

"Yorulsaq da, fikrimizdən dönmədik" – Maneələrə qalib gələn gənc xilasedicilər

2 iyul, 14:11

Orta ixtisas təhsilində yeni paradiqmalar

2 iyul, 13:30

Elm və Təhsil Nazirliyi vətəndaşlara müraciət etdi

2 iyul, 12:38

Sabahın hava proqnozu açıqlanıb

2 iyul, 12:27

“Avrasiya Universitetlərinin Sammiti”nin növbəti spikerlər siyahısı açıqlanıb

2 iyul, 12:22

Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul şərtləri açıqlanıb

2 iyul, 12:17

“WorldSkills Azerbaijan” dəmir yolu nəqliyyatı texnologiyası üzrə yarışın qalibləri müəyyənləşib

2 iyul, 12:02

Akademik və elmi məlumatların toplanacağı mərkəzi məlumat bazası yaradılacaq

2 iyul, 12:02

Oksford Universitetinin azərbaycanlı müəllimi: Heç vaxt öz potensialınızı kiçiltməyin

2 iyul, 11:28

Musiqi ilə özünü ifadə edən istedad – Pianoçunun uğur yolu

2 iyul, 10:58

TİF gənc qızların təhsilə cəlbi üçün 1,2 milyon manat vəsait ayırıb

2 iyul, 10:53

Şəhid anası və şəhid həyat yoldaşı məzun oldu

2 iyul, 10:25

Qabiliyyət imtahanına qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ!

2 iyul, 10:16

Təkrar sertifikatlaşdırılmadan keçməyən müəllimlərlə bağlı komissiyalar yaradılıb

2 iyul, 10:13

NDU-nun 240 nəfərlik professor-müəllim və tələbə heyəti təcrübədə iştirak edəcək

2 iyul, 10:02

Nazir müavini: Azərbaycanda ali təhsilin əlçatanlığı getdikcə artır

2 iyul, 09:59

Strasburqda UFAZ-ın Rəhbər komitəsinin növbəti iclası keçirilib

2 iyul, 09:53

ADNSU-nun komandası “Tələbələrarası Azərbaycan Kuboku – 2025”in qalibi olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.