
Oktyabrın 6-8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dayanıqlı İnkişaf Məqsədləri (SDG) mövzusunda təlimlər keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, “ESDGoals” MMC şirkətinin rəhbəri Elmir Məmmədli tərəfindən keçirilən təlimlərdə iqlim dəyişikliyi, karbon emissiyaları və SDG13 (İqlim fəaliyyətləri), neft-qaz sektorunda enerji səmərəliliyi və yaşıl keçid yolları mövzularında təqdimatla çıxış edib.
O, çıxışında iqlim dəyişikliklərinin qlobal təsirlərindən, bu sahədə beynəlxalq öhdəliklərdən və Azərbaycanın yaşıl enerji strategiyasından bəhs edib. Elmir Məmmədli həmçinin neft-qaz sektorunda enerji səmərəliliyinin artırılması yollarını və karbon emissiyalarının azaldılması istiqamətində tətbiq olunan texnoloji yenilikləri vurğulayıb.
Qeyd edək ki, 3 gün davam edən təlimlərdə fəal iştirak edən tələbələr sonda “ESDGoals” tərəfindən sertifikatla təltif edilib.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər