
“Əsas istiqamətimiz təhsil, ətraf mühitin qorunması, zəngin mədəni irsimizin ölkədən kənarda tanıdılmasına dəstək verməkdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Azərbaycan jest dili tətbiqi” layihəsinin təqdimatında deyib.
O bildirib ki, bu gün işarət dili ilə bağlı tətbiqin fəaliyyətə başlaması çox önəmlidir.
"Bu hadisə həm də təhsillə bağlıdır. Artıq inklüzivliyin çox ciddi bir mərhələsindəyik. Bu sahəyə gənclər arasında diqqətin olması çox sevindirici haldır. İşarət dilinə ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası yönündə atılan vacib addımlardandır. Biz bu kimi layihələrdə universitetlərlə əməkdaşlıq etməkdən çox məmnunuq", - deyə o əlavə edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər