Bütün xəbərlər
8 oktyabr, 11:53

Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Kamran Telman oğlu Məlikov Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin olunub. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Kamran Məlikov 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavriat təhsilini fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Böyük Britaniyanın Exeter Universitetində “Maliyyə” ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub. “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2012–2016-cı illərdə Böyük Britaniyanın Essex Universitetində “Mühasibat uçotu və maliyyə” ixtisası üzrə doktorantura təhsili alıb.

K.Məlikov Böyük Britaniyada 10 ildən artıq akademik təcrübəyə malikdir. Belə ki, o, 2015–2022-ci illərdə Böyük Britaniyanın Essex Universitetində Mühasibat uçotu və maliyyə üzrə müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 2022-ci ildən etibarən isə dünyanın nüfuzlu universitetlərindən sayılan “Southampton” Universitetində dosent vəzifəsində fəaliyyətini davam etdirib. Mühasibat uçotu və biznes sahəsində beynəlxalq nüfuzlu elmi jurnallarda bir sıra elmi məqalələrin müəllifidir. 

Şərhlər

Xəbər lenti

8 oktyabr, 14:12

Pozitivlik həyatımın əsas açarıdır – 72 yaşlı tələbə və könüllü 

8 oktyabr, 13:59

“Milli Proqram” istifadəçiləri “Coursera”da 13 mindən çox kursdan yararlana bilər

8 oktyabr, 13:56

Kimya üzrə Nobel laureatlarının adları elan olundu

8 oktyabr, 13:37

SAF25 könüllü proqramı ilə bağlı nəticələr açıqlandı

8 oktyabr, 13:07

İdman Akademiyası ilk dəfə ölkə xaricində beynəlxalq konqres keçirib

8 oktyabr, 13:03

I sinfə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul başlayır

8 oktyabr, 12:55

PISA-nın iqlim savadlılığı üzrə qiymətləndirməsinin pilot mərhələsi keçirilir

8 oktyabr, 12:49

İnklüzivliyin çox ciddi bir mərhələsindəyik – bp şirkətinin vitse-prezidenti

8 oktyabr, 12:41

Deputat: Universitet–özəl sektor əməkdaşlığı faydalı nəticələr verir

8 oktyabr, 12:37

Anar Bayramov: İnklüziv təhsil sahəsində mühüm irəliləyişlər əldə olunub

8 oktyabr, 12:22

Tələbələrin işini asanlaşdıracaq yeni platforma yaradılır

8 oktyabr, 12:11

Nazirlər Kabineti institutların optimallaşdırılması ilə bağlı qərar verdi 

8 oktyabr, 12:09

TALIS tədqiqatının nəticələri açıqlandı - Əsas məqamlar

8 oktyabr, 11:51

Qırğızıstan-Türkiyə Manas Universitetinin professoru AzMİU-da olub

8 oktyabr, 11:51

UNİCEF: Təhsil iqlim dəyişikliyinə qarşı ən güclü müdafiə vasitəsidir

8 oktyabr, 10:35

On müəllimdən doqquzu işindən razıdır – Andreas Şleyxer

8 oktyabr, 10:29

Peşəkar idmançı olmaq istəyirəm – MDB Oyunlarının qızıl medalçısı

8 oktyabr, 10:16

Bu gün və sabah Drakonid meteor yağışı müşahidə olunacaq

8 oktyabr, 09:51

İnternat tipli ümumi təhsil müəssisələrində işləmək istəyənlərin NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.