Bütün xəbərlər
8 oktyabr, 14:12

“Azərbaycan müəllimi” redaksiyası olaraq bu dəfə Qəbələnin təbiət qoynunda yerləşən Qutqaşendərə kəndində olduq. Burada bizi gülərüz, mehriban və həyat dolu bir insan qarşıladı – uzun illər bank sahəsində çalışmış, hazırda isə arıçılıq və könüllülük fəaliyyəti ilə məşğul olan Ələddin Gülməmmədov.

O, öz həyat hekayəsi ilə bir daha sübut edir ki, öyrənmək və Vətənə xidmət etmək üçün yaşın heç bir önəmi yoxdur.

“1953-cü ilin 16 iyulunda Qəbələnin Qutqaşendərə kəndində çoxuşaqlı ailədə dünyaya gəlmişəm. Ailəm mənə kiçik yaşlarımdan zəhmətsevər olmağı, insanlara hörmət etməyi və dürüst yaşamağı öyrədib. Bu prinsiplər bütün həyatım boyu mənim yol göstəricim olub”, - deyir Ələddin müəllim. 

1971-ci ildə orta məktəbi bitirən Ələddin Gülməmmədov 1977-ci ildə Bakı Maliyyə-Kredit Texnikumunu uğurla başa vuraraq bank sistemində əmək fəaliyyətinə başlayıb.

35 ildən artıq bu sahədə çalışan Ələddin müəllim deyir: “Çalışmışam ki, həm peşəkar kadr kimi, həm də insan kimi kollektivdə hörmət qazanım. Mənim üçün əsas qazanc maaş deyil, insanların etimadı və hörməti olub”.

Bu gün də o, aktiv həyat tərzi keçirir: “Hər səhər idman edir, gün ərzində 6–8 kilometr yol qət edirəm. Sağlam qalmağa çalışıram. Pozitivlik mənim həyatımın əsas açarıdır”.

Arıların dilini öyrənən insan

Təqaüdə çıxdıqdan sonra Ələddin müəllim yeni bir sahəyə – arıçılığa maraq göstərib. Əvvəlcə sadəcə hobbidən başlayan bu maraq zamanla onun həyat tərzinə çevrilib.

“Arılarla işləmək mənə sakitlik, nizam və səbir öyrətdi. Lakin bu sahədə uğur qazanmaq üçün bilik vacibdir”, – deyə əlavə edir.

Elə bu məqsədlə o, Qəbələ Peşə Təhsil Mərkəzinə müraciət edərək “Arıçılıq” ixtisası üzrə təhsil almağa başlayıb.

“Müəllimlərimiz çox savadlı və təcrübəlidirlər. Onların dərsləri bu sahəyə marağımı daha da artırdı. İndi arı ailələrinin davranışını, məhsuldarlığın sirlərini, balın keyfiyyətini öyrənirəm. Gələcəkdə arıçılıq təsərrüfatımı genişləndirməyi düşünürəm”.

Könüllülük – qəlbin çağırışı

Ələddin Gülməmmədov MDB oyunları və müxtəlif tədbirlərə könüllü kimi də qatılıb, qonaqları qarşılayıb, tədbirlərin təşkilində yaxından iştirak edib.

Onun üçün könüllülük sadəcə bir fəaliyyət deyil, həyat fəlsəfəsidir.

“Könüllülük qəlbdən gəlməlidir. Mən bunu ailəmdən, valideynlərimdən, qardaşlarımdan öyrənmişəm. Gənclərlə birgə işləmək, onlarla çiyin-çiyinə dayanmaq mənim üçün çox dəyərlidir. Onların enerjisi və vətənpərvərliyi mənə güc verir”.

Ələddin müəllim üçün könüllülüyün ən gözəl tərəfi nəvələri yaşında olan gənclərlə birgə çalışmaqdır: “Mənim üçün ən xoş an o idi ki, gənclər mənə hörmətlə yanaşırdılar, mən də onlardan öyrənirdim. Bu, qarşılıqlı inkişaf idi”.

Ailənin dəstəyi – həyat dayağı

Ələddin müəllim həyatındakı bütün uğurları ailəsinin dəstəyi ilə qazandığını düşünür: “Həyat yoldaşım, övladlarım, xüsusən nəvələrim mənim üçün motivasiya mənbəyidir. Onlar hər addımımda yanımdadırlar. Onların sevgisi mənim ən böyük ilhamımdır”.

Həyatın hər yaşı öyrənmək üçün fürsətdir

Ələddin Gülməmmədovun həyat hekayəsi gənclərə bir mesaj verir: “Öyrənmək, Vətənə xidmət etmək və sevmək üçün hər yaş bir fürsətdir”.

O, illərin təcrübəsini yeni biliklərlə birləşdirərək həm arıçılıqda, həm də könüllülük fəaliyyətində gənclərə örnək olub.

Bu gün onun sözləri bir həyat dərsi kimi səslənir: “Əsas odur ki, insan hər zaman cəmiyyətə faydalı olmağa çalışsın. Əgər bir iş qəlbdən gəlirsə, uğur qaçılmazdır”.

Ələddin Gülməmmədovun həyatı gənclərə öyrənmək, əməksevərlik və Vətənə xidmət baxımından nümunə olmalıdır. O, təcrübəsi və pozitiv düşüncəsi ilə sübut edir ki, insan öyrəndikcə gəncləşir, paylaşdıqca dəyər qazanır.

Şərhlər

Xəbər lenti

8 oktyabr, 15:29

Çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsi üzrə müsahibə başlayır

8 oktyabr, 15:13

“Bu, bizim üçün həm qürur, həm məsuliyyətdir” – Prezident təqaüdçüləri

8 oktyabr, 14:32

ADNSU-da Tələbə Elmi Cəmiyyətinin universitet üzrə yeni sədri seçilib

8 oktyabr, 13:59

“Milli Proqram” istifadəçiləri “Coursera”da 13 mindən çox kursdan yararlana bilər

8 oktyabr, 13:56

Kimya üzrə Nobel laureatlarının adları elan olundu

8 oktyabr, 13:37

SAF25 könüllü proqramı ilə bağlı nəticələr açıqlandı

8 oktyabr, 13:07

İdman Akademiyası ilk dəfə ölkə xaricində beynəlxalq konqres keçirib

8 oktyabr, 13:03

I sinfə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul başlayır

8 oktyabr, 12:55

PISA-nın iqlim savadlılığı üzrə qiymətləndirməsinin pilot mərhələsi keçirilir

8 oktyabr, 12:49

İnklüzivliyin çox ciddi bir mərhələsindəyik – bp şirkətinin vitse-prezidenti

8 oktyabr, 12:41

Deputat: Universitet–özəl sektor əməkdaşlığı faydalı nəticələr verir

8 oktyabr, 12:37

Anar Bayramov: İnklüziv təhsil sahəsində mühüm irəliləyişlər əldə olunub

8 oktyabr, 12:22

Tələbələrin işini asanlaşdıracaq yeni platforma yaradılır

8 oktyabr, 12:11

Nazirlər Kabineti institutların optimallaşdırılması ilə bağlı qərar verdi 

8 oktyabr, 12:09

TALIS tədqiqatının nəticələri açıqlandı - Əsas məqamlar

8 oktyabr, 11:53

Qarabağ Universitetində yeni təyinat olub

8 oktyabr, 11:51

Qırğızıstan-Türkiyə Manas Universitetinin professoru AzMİU-da olub

8 oktyabr, 11:51

UNİCEF: Təhsil iqlim dəyişikliyinə qarşı ən güclü müdafiə vasitəsidir

8 oktyabr, 10:35

On müəllimdən doqquzu işindən razıdır – Andreas Şleyxer

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.