
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) fərdi tədris planlarının (FTP) hazırlanması, təsdiqi və dərs yükünün avtomatlaşdırılması proseslərinin rəqəmsal əsasda idarə olunmasını təmin edən yeni elektron modulun pilot tətbiqinə başlanılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, yeni modulun tətbiqi tədris proseslərinin daha səmərəli idarə olunmasına və tələbə yönümlü idarəetmənin təkmilləşdirilməsinə xidmət edir. Sistem vasitəsilə hər tədris ili üçün planlaşdırma və idarəetmə prosesləri mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.
Bundan əlavə, modulun tətbiqi tələbə kontingenti və qəbul planına uyğun olaraq akademik və fənn qruplarının avtomatik yaradılmasını təmin edəcək. Tələbələr fərdi tədris planları çərçivəsində fənn seçimini elektron qaydada həyata keçirə biləcək, seçimlərə əsasən müqavilələr bağlanacaq və ödəniş tələbləri avtomatik formalaşdırılacaq.
Yeni sistem, həmçinin, yay semestri və təkrar imtahan müraciətlərinin elektron şəkildə qəbulu, digər ali təhsil müəssisələrində qazanılmış kreditlərin transkriptlərə əlavə olunması, ödənişlərə möhlət və güzəştlərin tətbiqi, tədris yükünün avtomatik hesablanması, tədris planlarına nəzarət, məzun siyahılarının formalaşdırılması və diploma əlavələrinin hazırlanması imkanlarını da təmin edəcək.
Rəqəmsal modulda tələbələrin UNEC daxilində müxtəlif proqramlarda, o cümlədən ikili diplom (UDİD) və minor proqramlarında iştirak imkanları da nəzərdə tutulub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər