
“Müəllimlik dünyanın ən vacib peşələrindən biridir və əksər müəllimlərin bu peşədə məmnunluq tapdıqlarını görmək çox xoşdur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə OECD-nin Təhsil və bacarıqlar departamentinin direktoru Andreas Şleyxer qurumun dünyada müəllimlik fəaliyyətinə həsr olunmuş növbəti hesabatına həsr olunmuş açıqlamasında bildirir. Onun sözlərinə görə, OECD-nin Tədris və Öyrənmə üzrə Beynəlxalq Sorğusunun (TALIS) yeni nəşrində deyilir ki, on müəllimdən doqquzu işindən razıdır və demək olar ki, onların 95%-i tədris zamanı tez-tez xoşbəxt olduqlarını söyləyirlər.
Bu, dünyada 50-dən artıq təhsil sistemində çalışan 280 mindən çox müəllimin iştirak etdiyi dünyanın ən böyük beynəlxalq müəllim və məktəb rəhbərlərinin sorğusuna əsaslanan tədqiqatıdır. Hesabat sinif təcrübələrini, iş şəraitini vurğulayır, təhsildə süni intellekti və daha geniş təhsilalan təbəqəni araşdırır.
A.Şleyxer hesabatda əksini tapmış bəzi əsas nəticələri qeyd edir:
– Dörd müəllimdən demək olar ki, üçü seçim edə bilsəydi yenidən müəllimlik etməyi seçərdi. Hər beş nəfərdən biri isə peşədə böyük stres olduğunu bildirir.
– Hazırda müəllimlərin üçdə biri tədrisdə süni intellektdən istifadə edir. Hər dörd müəllimdən biri süni intellektdən tələbə işlərini qiymətləndirmək üçün istifadə edir.
– OECD-nin, demək olar ki, bütün ölkələrinin təhsil sistemlərində intizama sərf olunan tədris vaxtının payı orta hesabla 2018-ci ildəki 13 faizdən 2024-cü ildəki 16 faizədək yüksəlib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər