
“Universitet–özəl sektor əməkdaşlığı inkişaf edir və qarşılıqlı faydalı nəticələr verir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə “Azərbaycan jest dili tətbiqi” layihəsinin təqdimatında deyib.
O bildirib ki, bugünkü təqdimat yeni məhsulla bağlıdır:
“Azərbaycan jest dili tətbiqi” bizim universitetin komandası tərəfindən hazırlanıb. Hesab edirik ki, bu alət cəmiyyətimiz üçün çox faydalı olacaq və geniş istifadə ediləcək".
Onun sözlərinə görə, layihə yalnız universitet tərəfindən deyil, həmçinin bir sıra özəl sektor nümayəndələrinin maliyyə və logistik dəstəyi ilə həyata keçirilib.
"Bu fakt bir daha təsdiqləyir ki, universitet–özəl sektor əməkdaşlığı inkişaf edir və qarşılıqlı faydalı nəticələr verir. Gələcəkdə bu tərəfdaşlıq formatında daha çox layihənin reallaşdırılacağına inanırıq", - deyə Fariz İsmayılzadə əlavə edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər