
Oktyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Elmi Cəmiyyətinin (TEC) universitet üzrə sədr seçkisi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Seçki Komissiyasının üzvləri – sosial məsələlər üzrə rektorun müşaviri Nəsibə Əmirbəyova, Təhsilalanlarla iş şöbəsinin nümayəndəsi və komissiyanın katibi Aytəm Əsədova, fakültə dekanları, eləcə də bir sıra struktur bölmələrin məsul şəxsləri iştirak ediblər.
Seçkilərdə 16 namizəddən 13-ü iştirak edib. Namizədlər çıxış edərək özləri haqqında məlumat verib, TEC-in gələcək fəaliyyət planlarını və inkişaf istiqamətləri ilə bağlı təkliflərini təqdim ediblər.
Səsvermənin nəticələrinə əsasən, Məhəmməd Sultanlı (BA proqramları) səs çoxluğu ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Tələbə Elmi Cəmiyyətinin yeni sədri seçilib.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər