
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində Region gənclərinin sosial-psixoloji maarifləndirilməsi marafonu keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, layihə rəhbəri Rəşad Bayramov çıxış edərək tədbirin məqsəd və vəzifələrindən danışıb, fəaliyyət istiqamətlərini açıqlayıb, gənclərə təqdim olunan “Gənclik və düşüncə” kitabının əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən LDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Ramiz Şəmmədov layihəni gənclərin sosial, psixoloji maarifləndirməsi istiqamətində vacib addım kimi dəyərləndirib, belə tədbirlərin region gənclərinin maariflənməsində əhəmiyyətini xüsusi vurğulayıb, davamlı olmasını arzulayıb.
“Loqos” Psixoloji və Nitq Mərkəzinin Lənkəran filialının baş psixoloqu Günel Əliyeva və psixoloq Sevər Abbasova tədbirdə çıxış edərək gəncləri narahat edən sosial, psixoloji mövzulardan söz açıblar, fikir mübadiləsi ediblər, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində Quba, Biləsuvar, Lənkəran, Beyləqan, Qazax, Gəncədə ümumilikdə 6 tədbirin keçirilməsi nəzərdə tutulub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər