
7 oktyabrdan etibarən Azərbaycanda PISA-nın İqlim Savadlılığı sahəsi üzrə pilot mərhələsinin keçirilməsinə başlanılıb. Qiymətləndirmə oktyabr ayı ərzində davam edəcək.
Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildiirlib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (bundan sonra İƏİT) Azərbaycanın COP29-da irəli sürdüyü təşəbbüsdən sonra PISA-nın 2029-cu il dövrünə iqlim savadlılığının yeni səriştə əsaslı qiymətləndirilməsini daxil etməyi nəzərdən keçirir. İdeyanın təşəbbüskarı kimi Azərbaycan da bu mərhələdə 14-16 yaşlı şagirdlərlə iştirak edir. Qiymətləndirmədə 65 məktəbdən təqribən 1600-dən çox şagirdin iştirak edəcəyi gözlənilir.
Qiymətləndirmə iki hissədən ibarətdir:
1) Şagirdlərin iqlim savadlılığını ölçən koqnitiv hissə;
2) Şagirdlərin müxtəlif iqlim məsələləri ilə bağlı yanaşma və davranışlarını ölçən sorğu hissəsi.
Pilot mərhələ sualların məzmun uyğunluğunu və çətinlik dərəcəsini yoxlamaq məqsədi daşıyır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər