Bütün xəbərlər
8 oktyabr, 17:13

Təhsil sahəsində son illər həyata keçirilən islahatlar müəllimlərin peşəkarlığının artırılmasına, öz üzərlərində davamlı işləmələrinə şərait yaradır.

“Azərbaycan müəllimi” peşəkar və uğurlu müəllimləri tanıtmaqda davam edir. Yardımlı rayonunun gənc müəllimləri Nurlan Əhmədli və Orxan Həmidov da belə uğurlu gənc müəllimlərdəndirlər. Bu gənclər yaradılan imkanlardan səmərəli yararlanaraq həm sertifikatlaşdırma imtahanında, həm də müsahibə mərhələsində yüksək nəticə göstəriblər. Onların təcrübəsi göstərir ki, məqsədyönlü və planlı hazırlıq, eləcə də peşəyə olan sevgi hər bir müəllimi uğura doğru aparır.

“Müsahibə mərhələsində müəllimin özünəinamı əsas rol oynayır”

Nurlan Əhmədli Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialının məzunudur. 2016-cı ildə müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edərək pedaqoji fəaliyyətə başlayıb. Hazırda Yardımlı şəhər Mirzə Fətəli Axundov adına 1 nömrəli tam orta məktəbdə çalışır. 2025-ci ildə keçirilən sertifikatlaşdırmaya cəlb olunub və imtahandan 59 bal toplayıb. Nurlan müəllim uğurunun sirrini belə izah edir: “Mütəmadi olaraq imtahanlarda iştirak etdiyim üçün sertifikatlaşdırmanın həm test, həm də müsahibə mərhələsində çətinlik çəkmədim. Fikirləşirəm ki, üzərində çalışan hər bir müəllim bu imtahanlardan uğurla keçməlidir. Müsahibə mərhələsində isə uğur qazanmaq üçün, hər bir şəxs, ilk növbədə, psixoloji cəhətdən buna hazır olmalıdır. Bu mərhələdə müəllimin özünəinamı əsas rol oynayır”.

“Müəllim təkcə imtahan üçün çalışmalı deyil, o, hər zaman öz üzərində işləməlidir”

Onun sözlərinə görə, müsahibə mərhələsində verilən suallar müəllimlərin bilik və bacarıqlarını tam qiymətləndirməyə imkan verir: “Bu suallar həm pedaqoji bacarıqları, həm də ünsiyyət və tədris keyfiyyətlərini obyektiv qiymətləndirmək üçün yetərlidir. Çünki imtahan komissiyasının üzvləri təcrübəli və peşəkar şəxslərdir. Onların verdiyi suallarla müəllimin pedaqoji-psixoloji keyfiyyətləri haqqında ətraflı məlumat almaq mümkündür. Ümumiyyətlə, müəllim təkcə imtahan üçün çalışmalı deyil, o, hər zaman öz üzərində işləməli, yeniliklərdən xəbərdar olmalıdır. Hər bir işdə uğur qazanmaq üçün ilk öncə məqsədli və planlı şəkildə çalışmaq lazımdır. Mənim də planlı şəkildə çalışmağım imtahanda yüksək nəticə göstərməyimə kömək oldu”.

“Sertifikasiyanın müsbət tərəflərindən biri odur ki, məktəblərdə öz ixtisasını dərindən bilən müəllimlər üstünlük təşkil edəcək”

Nurlan Əhmədli sertifikasiya prosesinə müsbət baxır: “Müəllimlərin sertifikasiya imtahanı təhsil sahəsində həyata keçirilən islahatların ən mühüm istiqamətlərindən biridir. Çünki müəllimlər öz işinə daha peşəkar və məsuliyyətli yanaşırlar. Sertifikasiya imtahanının ən mühüm müsbət tərəflərindən biri odur ki, məktəblərdə öz ixtisasını dərindən bilən müəllimlər üstünlük təşkil edəcək. Bu da təhsilimizin və cəmiyyətin inkişafı üçün çox vacibdir. Eyni zamanda sertifikasiya imtahanından uğurla keçmiş müəllimlərin əməkhaqlarına əlavələr edilir. Bu da müəllimlərin sosial vəziyyətinə müsbət təsir göstərir. Deyə bilərəm ki, sertifikasiya imtahanı müəllimlərin məsuliyyət hissini daha da gücləndirib, onların peşəkarlığının artırılmasına müsbət təsir göstərib”.

“Hər bir namizədə özünü ifadə etmək, təcrübəsini göstərmək imkanı verilir”

Orxan Həmidov Yardımlı rayonunun Dəryavar kəndində anadan olub. Beşillik pedaqoji təcrübəyə malikdir, hazırda Yardımlı rayonunun Şovut kənd ümumi orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyət göstərir. Sertifikasiya imtahanında 58, müsahibə mərhələsində isə 37 bal toplayıb.

Orxan müəllim uğurunun əsas sirrini belə izah edir: “Məncə, uğurumun əsas sirri işə məsuliyyətli yanaşmam və müəllim peşəsinə olan sevgimdir. Müsahibəyə həm nəzəri, həm də praktik baxımdan hazırlaşdım, kurikuluma dair mövzuları, dərs nümunələrini, pedaqoji situasiyaları dərindən öyrəndim. Bundan əlavə, sanki real dərsdə şagirdlərlə danışırmışam kimi öz fikirlərimi aydın və ardıcıl ifadə etməyi məşq etdim. Hədəfim sadəcə düzgün cavab vermək deyil, müəllim kimi düşünmək və bu yanaşmanı nümayiş etdirmək idi”. 

O da hesab edir ki, sertifikatlaşmanın hər iki mərhələsi müəllimin potensialını tam şəkildə üzə çıxarır: “Bəli, mən düşünürəm ki, həm test, həm də müsahibə mərhələsi müəllimin ünsiyyət tərzini, dərsə yanaşmasını və pedaqoji düşüncəsini nümayiş etdirmək üçün çox yaxşı fürsətdir. Hər bir namizədə özünü ifadə etmək, təcrübəsini göstərmək imkanı verilir. Bu baxımdan mərhələlər kifayət qədər obyektiv və faydalıdır. Məncə, bu proses müəllimlərdə həm məsuliyyət hissini, həm də peşəkar inkişafa meyli artırır”.

Orxan müəllimin hazırlıq strategiyası da sistemli olub: “Mənim əsas strategiyam planlı və ardıcıl hazırlıq idi. Test mərhələsində mövzuları sistemlə bölüb öyrənir, zəif tərəflərimi müəyyən edib onları gücləndirirdim. Müsahibəyə isə daha çox tədris bacarıqları, kommunikasiya və pedaqoji situasiyalar üzərində çalışmaqla hazırlaşdım. Ən önəmlisi, hər iki mərhələyə müsbət düşüncə ilə yanaşır, özümü daim inkişafda olan müəllim kimi görürdüm. Ümumiyyətlə, bu proses mənə öz fəaliyyətimə daha geniş baxmağı öyrətdi. İndi dərslərimdə daha çox yaradıcı metodlardan, şagirdyönümlü yanaşmadan istifadə etməyə çalışıram. Müsahibə mərhələsi mənə göstərdi ki, hər bir müəllim daim öyrənməli və inkişaf etməlidir. Bu təcrübə mənim üçün sadəcə qiymətləndirmə yox, həm də şəxsi və peşəkar inkişaf mərhələsi oldu”.

Hər iki müəllimin təcrübəsi bir daha sübut edir ki, öz üzərində çalışan, biliklərini daim yeniləyən və peşəsinə sevgi ilə yanaşan müəllim üçün uğur təsadüfi deyil. Yardımlı rayonunun bu iki gənc pedaqoqu sertifikatlaşdırmanın həm test imtahanı, həm də müsahibə mərhələsində göstərdikləri nəticələrlə təhsilimizdə məsuliyyətli, yenilikçi və peşəkar müəllim obrazını nümayiş etdiriblər.

Şərhlər

Xəbər lenti

8 oktyabr, 17:25

İcma əsaslı məktəbəqədər təhsil mərkəzlərinin sayı artırılır

8 oktyabr, 17:22

Azərbaycanda PISA-nın İqlim Savadlılığı üzrə pilot mərhələsi başlayıb

8 oktyabr, 16:57

ADA Universitetində “Azərbaycan jest dili” tətbiqi təqdim olunub

8 oktyabr, 16:41

LDU-da gənclərin sosial-psixoloji maarifləndirilməsi mövzusunda marafon keçirilib

8 oktyabr, 16:31

BMU-nun 6 ixtisası beynəlxalq akkreditasiyadan keçirilir

8 oktyabr, 16:26

ADNSU-da 3 günlük Dayanıqlı İnkişaf Məqsədləri təlimi yekunlaşıb

8 oktyabr, 16:16

MDU-da müəllim və əməkdaşların ingilis dili biliklərinin təkmilləşdirilməsinə başlanılıb

8 oktyabr, 16:08

Yay təcrübə proqramını başa vuran ADNSU tələbələri sertifikatla təltif olunublar

8 oktyabr, 15:29

Çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsi üzrə müsahibə başlayır

8 oktyabr, 15:13

“Bu, bizim üçün həm qürur, həm məsuliyyətdir” – Prezident təqaüdçüləri

8 oktyabr, 14:32

ADNSU-da Tələbə Elmi Cəmiyyətinin universitet üzrə yeni sədri seçilib

8 oktyabr, 14:12

“Pozitivlik həyatımın əsas açarıdır” – 72 yaşlı tələbə və könüllü 

8 oktyabr, 13:59

“Milli Proqram” istifadəçiləri “Coursera”da 13 mindən çox kursdan yararlana bilər

8 oktyabr, 13:56

Kimya üzrə Nobel laureatlarının adları elan olundu

8 oktyabr, 13:37

SAF25 könüllü proqramı ilə bağlı nəticələr açıqlandı

8 oktyabr, 13:07

İdman Akademiyası ilk dəfə ölkə xaricində beynəlxalq konqres keçirib

8 oktyabr, 13:03

I sinfə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul başlayır

8 oktyabr, 12:55

PISA-nın iqlim savadlılığı üzrə qiymətləndirməsinin pilot mərhələsi keçirilir

8 oktyabr, 12:49

İnklüzivliyin çox ciddi bir mərhələsindəyik – bp şirkətinin vitse-prezidenti

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.