
Azərbaycan İdman Akademiyası (ASA) ilk dəfə ölkə xaricində beynəlxalq elmi konqresin rəsmi həmtəşkilatçısı kimi çıxış edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, 28 sentyabr – 1 oktyabr tarixlərində Sloveniyanın Portoroz şəhərində keçirilən I Beynəlxalq “Human in Motion” Konqresi Koper Elmi-Tədqiqat Mərkəzi və digər beynəlxalq tərəfdaşlarla birgə təşkil olunub.
Tədbir fiziki aktivlik, sağlamlıq və yaşlanma mövzularına həsr olunub.
Konqresdə ASA-nı tədris işləri üzrə prorektor Ülkər Babayeva, Sağlamlaşdırıcı idman və reabilitasiya kafedrasının müdiri, r.ü.f.d. Könül Məmmədova, akademiyanın psixoloqu, p.ü.f.d. Aynur Bünyatova və İdman tibbi tədqiqatları laboratoriyasının psixoloqu Arzu Süleymanova təmsil ediblər. Məruzələrdə “Azərbaycanda 17–24 yaşlı fiziki aktiv tələbələrdə psixoaktiv maddələrdən istifadənin sosial-psixoloji risk faktorları”, “Uzunmüddətli fiziki aktivliyin təşviqində şəxsiyyətə əsaslanan psixoloji müdaxilələr: HEXACO modeli yanaşması”, “Biomechanical Solutions and Strategies for Space and Earth: Artificial Gravity and Resistance Training” mövzuları müzakirə olunub.
ASA-nın tədris işləri üzrə prorektoru Ülkər Babayeva rəsmi ziyafətdə çıxış edərək beynəlxalq elmi əməkdaşlığın, öyrənmə və təcrübə mübadiləsinin, xüsusilə də sağlamlıq və idman sahəsində yeni yanaşmaların paylaşılmasının əhəmiyyətini vurğulayıb.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər