
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq elm və təhsil məkanında əməkdaşlığını davam etdirərək yeni bir uğurlu akademik təşəbbüsə imza atıb. Bu çərçivədə Qırğızıstan-Türkiyə Manas Universitetinin professoru Mustafa Dolaz Orhun Mübadilə Proqramı əsasında Ekologiya kafedrasında elmi fəaliyyət göstərib.
Bu barədə “Azərbaycan müəllimi”nə AzMİU-dan məlumat verilib.
Bildirilib ki, professor Mustafa Dolazın səfəri zamanı universitetin müvafiq struktur bölmələrinin nümayəndələri ilə görüşlər keçirilib, eləcə də Ekologiya kafedrasında ekoloji problemlər, davamlı inkişaf, ətraf mühitin mühafizəsi və bu sahədə müasir yanaşmalar üzrə fikir mübadiləsi aparılıb. Eyni zamanda AzMİU-nun tələbələri və müəllim heyətinə “Farklı kaynaklı atıklarından selüloz eterlerinin sentezi, “Karakterizasyonu ve uygulama alanları”, “Atıksu arıtımında kullanılan lignin bazlı materyallerin yapısı ve fonksiyonları”, “Proje araştırması ve makale yazım”, “Doğal boyar maddeler ve boyama özellikleri mövzularında elmi seminarlar keçib və qeyd olunan sahələrdə öz elmi təcrübəsini bölüşüb.
Səfər çərçivəsində qonaq professorla gələcəkdə birgə elmi tədqiqatların aparılması, akademik heyətin və tələbələrin mübadiləsi, eləcə də ortaq layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Professor Mustafa Dolazın AzMİU-da keçirdiyi elmi fəaliyyət universitetlərarası əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm addım olub.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər