
Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) təşkilatçılığı ilə Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubovun təqdimatında “Karyera Forumu” adlı layihənin birinci hissəsi baş tutub.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, layihə, tələbələrin karyera planlaması və əmək bazarındakı yeniliklərlə bağlı biliklərini artırmaq və onların şəxsi inkişafına, iş dünyasına daha hazırlıqlı inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır. Bu istiqamətdə keçirilən görüşlər silsiləsinin ilk mərhələsi “Karyera planlama və iş dünyasına hazırlıq” mövzusuna həsr edilib.
Tədbirdə Kamil Yaqubov tələbələrə effektiv karyera planlamasının mərhələləri, iş müsahibələrinə hazırlıq və əmək bazarının aktual tələbləri haqqında ətraflı məlumat verib. Eyni zamanda, şəxsi təcrübəsindən yola çıxaraq real həyat nümunələrindən miallar gətirib. Təqdimatda iştirak edən tələbələr iş dünyasında tələb olunan əsas bacarıqlar və digər önəmli məqamlarla tanış olublar.
Tədbir interaktiv formatda davam edib.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər