Bütün xəbərlər
31 yanvar, 16:36

“Bəzən yanlış fikirlər səsləndirilir ki,  ali təhsil müəssisələri başqa regionlara köçürüləcək. Bu, Bakıdakı tıxac probleminin həlli üçün əlverişli üsul deyil. Ümumiyyətlə, köçürülmədən söhbət getməməlidir. Universitetləri başqa ərazilərə köçürmək daha böyük problemlərə yol aça bilər. Bu, müəllim, texniki heyət və tələbələrin gediş-gəlişində də ciddi problem yaradacaq. Hazırkı problem daha eybəcər forma alacaq”. 

Bunu “Azərbaycan müəllimi”nə nəqliyyat eksperti Ərşad Hüseynov Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan məsələlərlə bağlı danışarkən deyib.

O bildirib ki, universitetlərin hər hansı bir əraziyə köçürülməsi üçün küllü miqdarda vəsait lazımdır. Həmin vəsaitə bir neçə metro stansiyası tikmək daha məqsədəuyğundur: “Bakı şəhərində və ətraf ərazilərdə yol nəqliyyat infrastrukturuna daha çox orta məktəb şagirdlərinin şəxsi avtomobillərlə gətirilib-aparılması təsir göstərir. Ali təhsil müəssisələrində təhsil alan tələbələrin şəhərdə hərəkəti o dərəcədə də nəzərə çarpmır. Məlum məsələdir ki, təsdiqlənən proqramda 2 məqam diqqətə çatdırılıb. Birincisi odur ki, ümumtəhsil müəssisələrində məktəb avtobusları məsələsini araşdırmaq, mümkün olan yerlərdə tətbiq etmək nəzərdə tutulub. Digər məsələ həmin müəssisələrin yol nəqliyyat infrastrukturuna, sıxlığa təsirini araşdırmaq  və ümumi tədbirlər görməkdir. Təhlil edəndə təhsil müəssisələrinin yollarda hərəkətə, mobilliyə ciddi təsir egtdiyi aydın olur. Ən əyani nümunə indiki vaxtdır: hazırda ali təhsil müəssisələrində imtahan sessiyası keçirilir. Orta məktəblərdə də qış tətilidir. Ona görə hazırda Bakının girişlərində səhər saatlarında ənənəvi müşahidə edilən sıxlıq yoxdur. Növbəti həftə isə bunun tam əksini görəcəyik. Xüsusilə “Elmlər Akademiyası”, “Koroğlu”, “20 Yanvar” metro stansiyalarında sıxlıq müşahidə olunur. 3 universitetin “Elmlər Akademiyası” stansiyasının yaxınlığında olması buranın yükünü əhəmiyyətli dərəcədə artırır. Buna görə də bəzi universitetlərin dərs saatlarının fərqləndirilməsi mümkün ola bilər. Elə tədbirlər görülməlidir ki, istehsal prosesi pozulmasın, əmək məhsuldarlığına təsir etməsin”.

Ə.Hüseynovun sözlərinə görə, regionlarda paytaxtdakı universitetlərə ciddi rəqib ola, gənclərin, valideynlərin diqqətini cəlb edə biləcək universitetlərin yaradılması gözəl təşəbbüsdür: “Təhsilin yaxşılaşdırılması istiqamətində addımlar atıla bilər. Məsələn, elə ali məktəblər var ki, bir neçə korpusdan ibarətdir. Hətta orada təhsil alanların özləri də bundan əziyyət çəkirlər. Bunu yaxşılaşdırmaq üçün işlər görülə bilər. Tələbələrin ictimai nəqliyyatdan istifadəsi ilə bağlı stimullaşdırıcı tədbirlər görülməlidir. Hazırda tələbələrin bir qismi universitetlərə şəxsi avtomobillə gəlib-gedirlər. Bu hal yol nəqliyyat infrastrukturuna daha çox təsir göstərir. Buna da səbəb ictimai nəqliyyatda nəzərəçarpacaq dərəcədə sıxlığın olmasıdır. İctimai nəqliyyat daha da mükəməlləşdirilsə, xidmət keyfiyyəti yüksəlsə, tələbələrin də bu xidmətlərdən istifadəsi çoxalar”.

Ekspert vurğulayıb ki, Bakı şəhəri ətrafında, xüsusilə yeni məskunlaşma zonalarında məktəblə bağlı problemlər mövcuddur: “Ona görə də bir çox valideynlər övladlarını şəhər məktəblərinə gətirirlər. Cəmiyyətdə belə fikir formalaşıb ki, məktəbin avtobusu olmalıdır. Lakin məktəb avtobusunun olması üçün təhsil müəssisəsinin texniki təminatı, qarajı da olmalıdır. Məktəblər üçün avtobus servisləri mövcuddur ki, bunlar məktəblərə şagirdlərin daşınmasını həyata keçirir. Xarici ölkələlərdə belə təcrübə var ki, universitetlərin özlərinin kampusu olur və tələbələr çox uzaqlara getmirlər. Bizdə də bu model bəzi universitetlərdə təşkil olunub. Bu kimi tədbirlərin artırılması yol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə təsir göstərəcək”.

Xəbər lenti

31 yanvar, 20:56

Elm və təhsil naziri Zərdabda vətəndaşları qəbul edib

31 yanvar, 18:21

Yaradıcı müəllimlər təltif olunub

31 yanvar, 17:44

Gənc müəllimlərin şagirdlərində milli-mənəvi dəyərlərin formalaşdırılmasında rolu

31 yanvar, 17:23

İnsan qavrayışını simulyasiya etmək üçün sintetik neyron yaradılıb

31 yanvar, 17:10

“Keyfiyyətli təhsil üçün kurikulumun rolu olduqca əhəmiyyətlidir”

31 yanvar, 17:09

Fəaliyyətimizin təqdir edilməsi bizi gələcəyə daha da ruhlandırır - Prezident mükafatına layiq görülən gənc

31 yanvar, 16:45

Günəşin aktivliyi 2025-ci ildə maksimuma çata bilər

31 yanvar, 16:35

Məktəblərin ətrafında parklanma məhdudiyyətləri tətbiq edilməlidirTƏKLİF

31 yanvar, 16:20

Sakit okeanın suları altında yeni qitə gizlənib?

31 yanvar, 16:10

Alimlər yerdə tapılmayan yeni element aşkar ediblər

31 yanvar, 15:58

Sumqayıtda dövlət məktəbinin şagirdləri üçün avtobus ayrılıb 

31 yanvar, 15:55

Peşə təhsilverənləri üçün “İnklüziv peşə təhsili metodaları” mövzusunda təlimlər keçirilib

31 yanvar, 15:55

Süni intellektin insanlara xas supergücü kəşf edilib

31 yanvar, 15:45

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin şagirdlərinə riyaziyyatdan intensiv dərslər keçirilib

31 yanvar, 15:39

“Şəhid həyat yoldaşımın peşəsini davam etdirmək arzusundayam” - Təhsilini illər sonra davam etdirənlər

31 yanvar, 15:34

Ali məktəblərdə dərslər 10.00-da başlasın - TƏKLİF 

31 yanvar, 15:25

Şagirdlər tapşırıqlarını nə üçün təxirə salırlar? 

31 yanvar, 15:24

Ağcabədidə qumbara partlayışı nəticəsində ölənlərdən biri 1-ci sinif şagirdi olub

31 yanvar, 14:30

Qumbara partlaması nəticəsində xəsarət alan məktəblinin vəziyyəti ağırdır - TƏBİB

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.