Bütün xəbərlər
11 aprel, 10:45

8-10 aprel tarixlərində Belçikanın paytaxtı Brüssel şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) iclası keçirilib. İclasda ETUCE-nin prezidenti Con MakGabhan, direktoru Jelmer Evers, təşkilatın vitse-prezidentləri və İcraiyyə Komitəsinin üzvləri iştirak ediblər. 

“Azərbaycan müəllimi” xəbər verir ki, ölkəmizi bu tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədri Araz Paşayev və rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İclasda təşkilatın 2024-cü il üzrə maliyyə hesabatı, cari ilin büdcə layihəsi və gələcək fəaliyyət istiqamətləri, həmçinin ETUCE-nin subregional qurumlarının yaradılması, Mərkəzi və Şərqi Avropa ölkələrinin (CEE Countries) təhsil işçiləri həmkarlar ittifaqları ilə “dəyirmi masa” formatında görüşlərin təşkili məsələləri müzakirə olunub.

Həmçinin iclasda Təhsildə Qlobal Əməkdaşlıq Təşkilatının (GPE – Global Partnership for Education) əməkdaşlıq üzrə baş mütəxəssisi April Goldenin təqdimatı dinlənilib. O, inkişaf etməkdə olan ölkələrdə təhsilin keyfiyyətini artırmaq məqsədilə Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində təqdim olunan maliyyə dəstəyi və layihələrdən, eləcə də hədəf ölkələr üzrə planlardan söz açıb. 

Daha sonra Bacarıqlar Birliyi (Union of Skills) strategiyası ətrafında fikir mübadiləsi aparılıb, həmçinin üzv təşkilatların milli səviyyədə fəaliyyəti, beynəlxalq təşkilatlarla əməkdaşlığı və həmrəylik məsələləri diqqət mərkəzində olub. Müzakirələrə qatılan ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev AHİK-in fəaliyyət strategiyasına uyğun olaraq təmsil etdiyi komitənin prioritet istiqamətlərindən, ittifaq üzvlərinin əmək hüquqlarının qorunmasından, sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib. Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi, Beynəlxalq Təhsil Birliyi kimi beynəlxalq platformalarda əməkdaşlığın və həmrəyliyin əhəmiyyətini vurğulayıb. Qeyd edək ki, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi 51 ölkədən 122 təşkilatı, 4 milyondan artıq təhsil işçisini özündə birləşdirir. 

1 /2

Şərhlər

Xəbər lenti

16 aprel, 18:18

Baş Prokurorluqda ADA tələbələri ilə maarifləndirici görüş keçirilib 

16 aprel, 17:45

NDU-nun rektoru Elbrus İsayev əcnəbi professorlar ilə görüşüb

16 aprel, 16:41

Sınaq imtahanının nəticələri AÇIQLANDI

16 aprel, 16:34

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib

16 aprel, 16:27

UNEC-də “Əmək Bazarına Hazırlıq İndeksi” pilot layihəsi təqdim olunub

16 aprel, 16:19

Dağlıq ərazilərə qar yağır, bəzi çaylardan sel keçib – Faktiki hava

16 aprel, 15:41

Kənd məktəbindən möhtəşəm nəticə: 9 şagirdi buraxılış imtahanında yüksək bal topladı 

16 aprel, 15:40

“Hər çıxışım mənim üçün bir imtahandır” – Xalq artisti Alim Qasımov

16 aprel, 15:23

AzTU tələbələri beynəlxalq müsabiqədə 3-cü yerə layiq görülüb

16 aprel, 15:16

Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzi ləğv edilib

16 aprel, 15:13

Bu il ATU-nun bəzi fakültələrində Dövlət Buraxılış İmtahanları olmayacaq

16 aprel, 14:53

Bakı Avropa Liseyinin şagirdləri Qalaktik Kosmik Düşərgəsində iştirak ediblər

16 aprel, 14:50

Optimallaşdırma effektiv və dayanıqlı elmi sistem formalaşdırmağa imkan verəcək

16 aprel, 14:49

Şagirdin cibindəki dünya: Təhsil üçün fürsət, yoxsa təhlükə?

16 aprel, 14:39

NDU EURIE 2025-də təmsil olunub

16 aprel, 14:12

Elm və təhsil nazirinin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

16 aprel, 14:01

Tətbiqi elmlərə yönəlmiş layihələrin dəstəklənməsi asanlaşacaq – Deputat

16 aprel, 13:55

Məktəblilər klassik teoremin yeni isbatını veriblər

16 aprel, 13:05

Tələbələr Qərbi Azərbaycanla bağlı problemləri BMT formatında müzakirə ediblər

16 aprel, 12:26

Nəsirəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının final turu keçiriləcək 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.