2024-cü ildə ümumilikdə müxtəlif sahələr üzrə elmi fəaliyyətlə məşğul olan 173 nəfərə dosent elmi adı verilib.
Bu barədə “Azərbaycan müəllimi”nə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından bildirilib.
Qeyd edilib ki, 2024-cü ildə riyaziyyat üzrə 2, mexanika üzrə 1, fizika üzrə 4, kimya üzrə 11, biologiya üzrə 10, aqrar elmlər üzrə 5, tibb elmləri üzrə 12, texnika elmləri üzrə 17, iqtisad elmləri üzrə 23, coğrafiya üzrə 2, tarix üzrə 9, hüquq elmləri üzrə 3, filologiya elmləri üzrə 31, pedaqogika elmləri üzrə 18, siyasi elmlər üzrə 4, psixologiya üzrə 4, sənətşünaslıq üzrə 5, sosiologiya üzrə 1, memarlıq üzrə 1, fəlsəfə üzrə 5, hərbi təhlükəsizlik və hərbi elmlər üzrə isə 1 nəfər dosent elmi adını alıb.
Qeyd edək ki, ən çox dosent elmi adı filologiya elmləri, ən az isə mexanika, sosiologiya, memarlıq, hərbi təhlükəsizlik və hərbi elmlər sahəsi üzrə olub.
Yer elmləri, əczaçılıq, antropologiya, astronomiya elmləri üzrə isə dosent elmi adı alan olmayıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)