Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Keyfiyyət Təminatı və Monitorinq Mərkəzi ilə Mühəndis sistemlərinin və qurğularının tikintisi kafedrası “Süni intellektin tədris və elmi fəaliyyət prosesində səmərəli istifadə olunması yolları” mövzusunda növbəti təlim keçirib.
AzMİU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, təlimin əsas məqsədi süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası, elmi araşdırmalarda istifadəsi və mühəndislik sahəsindəki rolu barədə akademik heyəti və gənc tədqiqatçıları məlumatlandırmaq olub.
Təlimçilər - İqtisadi nəzəriyyə və marketinq kafedrasının baş müəllimi Kənan Həsənov, Layihələrin idarə edilməsi kafedrasının müdir müavini, İnnovativ biznes inkubator bölməsinin rəhbəri Rasim Abdullayev, Mühəndis sistemlərinin və qurğularının tikintisi kafedrasının baş müəllimi Cəmil Quliyev, eləcə də kafedranın doktorantı Rəşad Qasımov öz nəzəri və praktik təcrübələrini iştirakçılarla bölüşüblər.
İştirakçılar süni intellektin müxtəlif istiqamətlərdə tətbiq imkanlarını araşdıraraq onun tədris və elmi fəaliyyətə təsiri, qiymətləndirmə proseslərində rolu və avtomatlaşdırılmış sistemlərin istifadəsi mövzusunda müzakirələr aparıblar. Eyni zamanda, süni intellekt texnologiyalarının elmi araşdırmaların keyfiyyətinin artırılmasına töhfələrindən bəhs ediblər.
İnteraktiv formada keçirilən təlim zamanı iştirakçıların fikirləri dinlənilib, süni intellektin tədris və elmi fəaliyyətdə səmərəli istifadəsi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)