
Türkiyənin Qazi Universitetinin professoru Mahir Dursun Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə elmi araşdırmaların aktuallığı, müasir texnologiyaların mühəndislik sahəsinə inteqrasiyası və beynəlxalq elmi əməkdaşlığın perspektivləri müzakirə olunub.
AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova çıxış edərək universitetlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, iki ali təhsil müəssisəsi arasında birgə elmi-tədqiqatların aparılması, akademik heyətin mübadiləsi və ortaq layihələrin həyata keçirilməsi kimi sahələrdə əməkdaşlıq imkanlarına toxunub.
Görüşdə professor Mahir Dursun süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası, elmi-tədqiqatlarda tətbiqi və müasir mühəndislik sahəsində rolu barədə ətraflı məlumat verib. O, bu sahədə aparılan beynəlxalq araşdırmaların mühəndislik elmlərinə təsirindən danışaraq, süni intellektin elmi innovasiyalara gətirdiyi yeniliklərə diqqət çəkib.
Bundan əlavə, professor Mahir Dursun “Scopus” bazasında məqalə çap etdirmə prosesi, beynəlxalq elmi jurnallara məqalə göndərmə qaydaları və akademik nəşrlərin keyfiyyət standartları haqqında nəzəri və praktik təcrübələrini bölüşüb.
Sonda müzakirələr aparılıb və əməkdaşlıq perspektivlərindən danışılıb.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər