Bütün xəbərlər
21 fevral, 14:46

Fevralın 21-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunan “Müasir dövrdə iqtisadi təhlükəsizliyin təmin olunmasının əsas istiqamətləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Konfrans Elm və Təhsil Nazirliyi ilə AzMİU-nun birgə təşkilatçılığı nəticəsində baş tutub.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, iqtisadi təhlükəsizlik sahəsində müasir çağırışlar və həlli yollarının müzakirə edildiyi konfransda müasir iqtisadi trendlər, rəqəmsal transformasiyanın təhlükəsizliyə təsiri, sənaye və tikinti sektorlarında iqtisadi təhlükəsizliyin gücləndirilməsi yollarından da danışılıb. Eyni zamanda, iştirakçılar iqtisadiyyatın müxtəlif sahələrində mövcud olan təhlükəsizlik məsələlərini təhlil edərək, bu məsələlərin gələcəkdə ölkə iqtisadiyyatına təsirini nəzərdən keçiriblər.

Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri dosent Ruhəngiz Əliyeva konfransı açıq elan edərək çıxışında sənaye sahəsində iqtisadi təhlükəsizliyin təmin olunmasının əhəmiyyətini vurğulayıb. O, sənaye inkişafı ilə iqtisadi təhlükəsizliyin qarşılıqlı əlaqəsinin vacibliyini qeyd edərək, bu sahədə həyata keçiriləcək tədbirlərin ölkənin davamlı inkişafına xidmət edəcəyini bildirib. Ruhəngiz Əliyeva, həmçinin sənaye sektorunda müasir texnologiyaların tətbiqinin və optimallaşdırma proseslərinin iqtisadi təhlükəsizliyin artırılmasında rol oynadığını qeyd edib.

AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov təhsil sistemindəki islahatların ölkənin iqtisadi təhlükəsizliyinə təsirini və təhsil müəssisələrinin bu sahədəki rolunu vurğulayıb. Akif Qasımov iqtisadi təhlükəsizliklə bağlı elmi tədqiqatların daha da genişlənməsinin və universitetlərdə bu sahədə ixtisaslaşmış kadrların hazırlanmasının vacibliyini qeyd edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü akademik Ziyad Səmədzadə iqtisadi təhlükəsizliyin beynəlxalq əlaqələr və sərmayə qoyuluşları ilə əlaqəsini müzakirə edərək, dövlətin strateji siyasətini təkmilləşdirməyin vacibliyini vurğulayıb. O, xüsusilə xarici iqtisadi əlaqələrin inkişafı və qlobal bazarlarda mövcud risklərə qarşı ölkənin hazırlıqlı olmasının əhəmiyyətini qeyd edib.

Azərbaycan Sahibkarlar Konfederasiyası prezidentinin baş məsləhətçisi Fərid Vəlizadə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və Siyasi idarəetmə kafedrasının professoru Elşad Mirbəşiroğlu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin departament direktoru Rəşad Əliyev çıxışında hazırda hökm sürən geosiyasi, geoiqtisadi vəziyyət fonunda iqtisadi təhlükəsizliyin əhəmiyyətinə toxunub, vacib olan məqamlar haqqında fikirlər səsləndiriblər.

Konfransın yekununda iştirakçılar iqtisadi təhlükəsizliyin təmin olunmasında çoxşaxəli yanaşmaların vacibliyini bir daha vurğulayıb. Gələcək elmi tədqiqatların və əməkdaşlıq perspektivlərinin müzakirəsi zamanı iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi üçün müxtəlif sahələrdə birgə fəaliyyətin davam etdirilməsinin önəmi qeyd olunub.

Tədbir ölkənin iqtisadi təhlükəsizliyinin gücləndirilməsi üçün mühüm bir addım olaraq dəyərləndirilib.

1 /6

Şərhlər

Xəbər lenti

22 fevral, 21:30

“Balaca xəzinələr” qrant layihəsinin icrası davam edir

22 fevral, 15:16

Naxçıvanda bağçalara müdir vəzifəsinə işə qəbulun test mərhələsi keçirilib

22 fevral, 11:45

Şagirdlərin elektron yerdəyişməsinə fevralın 25-də başlanılır

21 fevral, 22:19

"Yüksəliş" müsabiqəsi iştirakçılarının təşəbbüsü ilə forum keçirilib

21 fevral, 21:13

“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib

21 fevral, 21:10

Məhkəmə sertifikasiyadan kəsilən müəllimin tələbini rədd etdi

21 fevral, 18:50

MİQ-ə hazırlaşanlar üçün önəmli xəbər - Təhsil İnstitutu açıqladı

21 fevral, 18:23

Dərsliklərin dili şagirdlər üçün anlaşılandırmı?

21 fevral, 16:45

Tələbələrin riyaziyyat üzrə yaz düşərgəsinə qeydiyyat başlayıb

21 fevral, 15:34

Elm və təhsil naziri Abşeronda vətəndaşları qəbul edib

21 fevral, 15:32

AzMİU-da tələbələrin əl işlərindən ibarət sərgi açılıb

21 fevral, 15:22

NDU-da akademik nailiyyətləri yüksək olan tələbələrə “TələbəPlus” kartları təqdim edilib

21 fevral, 14:51

Peşə təhsili müəssisələrinin rəhbərləri üçün təlimlər keçirilib

21 fevral, 14:49

BMU-İNHA İDP tələbələri hakaton yarışlarında qalib gəliblər

21 fevral, 14:38

Paytaxt məktəblərində Beynəlxalq Ana Dili Günü qeyd edilib

21 fevral, 14:33

Məktəblərdə fəaliyyət göstərən metodistlər üçün vebinar keçirilib

21 fevral, 14:27

Paytaxt məktəblərində psixoloqların işə qəbulu müsabiqəsinə start verilir

21 fevral, 14:01

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək

21 fevral, 13:43

"Heç bir hal müəllimin şiddət göstərməsinə haqq qazandıra bilməz" – Mütəxəssis rəyi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.