Bütün xəbərlər
21 fevral, 14:49

Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri “2025 Green Tech Globalthon” (Qlobal Yaşıl Texnologiya Forumu 2025) hakatonunda uğur qazanıblar.

BMU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, Cənubi Koreyada İNHA Universitetinin SW Mərkəzi, LINC Biznes Qrupu, “Google Developers Group on Campus İNHA” və AIESEC İNHA təşkilatlarının birgə əməkdaşlığı ilə keçirilən bu hakaton BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun ağıllı həllərin hazırlanmasına yönəlib.

Həm beynəlxalq, həm də koreyalı tələbələrin qatıldığı ikigünlük tədbirdə komandalar texnoloji və innovativ həllər üzərində işləyərək öz layihələrini təqdim ediblər.

Hər komandada 4 nəfərlə təmsil olunan BMU-İNHA İDP tələbələrinin təqdim etdikləri innovativ həllər münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Hakatonda BMU-İNHA İDP-nin 4-cü kurs tələbələri-Nəbi Şirinov (İnformasiya texnologiyaları ixtisası) “Enigma” komandası ilə Excellence Prize (2-ci yer) mükafatına, Alpər Qəhrəmanlı (Elektrik mühəndisliyi ixtisası) “80EGGSelent” komandası ilə Outstanding Prize (3-cü yer) mükafatına layiq görülüb.

Şərhlər

Xəbər lenti

22 fevral, 21:30

“Balaca xəzinələr” qrant layihəsinin icrası davam edir

22 fevral, 15:16

Naxçıvanda bağçalara müdir vəzifəsinə işə qəbulun test mərhələsi keçirilib

22 fevral, 11:45

Şagirdlərin elektron yerdəyişməsinə fevralın 25-də başlanılır

21 fevral, 22:19

"Yüksəliş" müsabiqəsi iştirakçılarının təşəbbüsü ilə forum keçirilib

21 fevral, 21:13

“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib

21 fevral, 21:10

Məhkəmə sertifikasiyadan kəsilən müəllimin tələbini rədd etdi

21 fevral, 18:50

MİQ-ə hazırlaşanlar üçün önəmli xəbər - Təhsil İnstitutu açıqladı

21 fevral, 18:23

Dərsliklərin dili şagirdlər üçün anlaşılandırmı?

21 fevral, 16:45

Tələbələrin riyaziyyat üzrə yaz düşərgəsinə qeydiyyat başlayıb

21 fevral, 15:34

Elm və təhsil naziri Abşeronda vətəndaşları qəbul edib

21 fevral, 15:32

AzMİU-da tələbələrin əl işlərindən ibarət sərgi açılıb

21 fevral, 15:22

NDU-da akademik nailiyyətləri yüksək olan tələbələrə “TələbəPlus” kartları təqdim edilib

21 fevral, 14:51

Peşə təhsili müəssisələrinin rəhbərləri üçün təlimlər keçirilib

21 fevral, 14:46

AzMİU-da iqtisadi təhlükəsizlik məsələsi müzakirə edilib

21 fevral, 14:38

Paytaxt məktəblərində Beynəlxalq Ana Dili Günü qeyd edilib

21 fevral, 14:33

Məktəblərdə fəaliyyət göstərən metodistlər üçün vebinar keçirilib

21 fevral, 14:27

Paytaxt məktəblərində psixoloqların işə qəbulu müsabiqəsinə start verilir

21 fevral, 14:01

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək

21 fevral, 13:43

"Heç bir hal müəllimin şiddət göstərməsinə haqq qazandıra bilməz" – Mütəxəssis rəyi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.