Bütün xəbərlər
21 fevral, 15:32

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin yaradıcılıq potensialını nümayiş etdirən “People” adlı sərgi açılıb. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, sərgi Memarlıq və Dizayn fakültələrinin təşkilatçılığı, Təsviri incəsənət kafedrasının dəstəyi ilə baş tutub.

Sərginin açılışında çıxış edən Dizayn fakültəsinin dekanı Fərid Kərimov tələbələrin yaradıcılıq axtarışlarını dəstəkləməyin vacibliyini vurğulayıb və belə sərgilərin onların inkişafına müsbət təsir etdiyini qeyd edib.

Tədris işləri üzrə prorektor professor Akif Qasımov sərginin tələbələrin estetik dünyagörüşünü formalaşdırmaqla yanaşı, sənətə olan maraqlarını artırdığını bildirib. O, tələbə gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Təsviri incəsənət kafedrasının müdiri Pərviz Cəfərov sərgiyə hazırlıq prosesindən bəhs edərək tələbələrin zəhməti və müəllimlərin dəstəyi nəticəsində ərsəyə gələn sərgini yüksək  yüksək qiymətləndirib.

Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova sərgidə təqdim olunan əl işlərinin böyük zövq və peşəkarlıqla hazırlandığını qeyd edib. Sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. 

Sərginin tələbələrin sənət dünyasına yeni bir baxış qazandıracağına inanan Təsviri incəsənət kafedrasının müəllimi Həsən Həsənov, eyni zamanda onların yaradıcı potensialını daha da gücləndirəcəyinə əmin olduğunu deyib.

THİK sədri Şahmar Rəfili isə tələbələrin istedadını dəstəkləməyin əhəmiyyətini vurğulayaraq, universitetin bu gənc yaradıcıların inkişafına daim diqqət ayırdığını söyləyib.

Daha sonra sərgiyə baxış keçirilib və sənətsevərlər tələbələrin əl işləri ilə tanış olublar. Fərqli texnika və üslublarla hazırlanmış əsərlər sərgi iştirakçılarında böyük maraq yaradıb.

Qeyd edək ki, “People” adlı sərgi tələbələrin yaradıcı dünyasını və sənətə yanaşmalarını sərgilədikləri xüsusi sərgi olub. Burada tanınmış insanların portretləri ilə yanaşı, fərqli similar da yer alıb. Tələbələr müxtəlif üslub və texnikalarla bu simaları canlandıraraq sərgiyə estetik və emosional dərinlik qatıb. 

1 /8

Şərhlər

Xəbər lenti

22 fevral, 21:30

“Balaca xəzinələr” qrant layihəsinin icrası davam edir

22 fevral, 15:16

Naxçıvanda bağçalara müdir vəzifəsinə işə qəbulun test mərhələsi keçirilib

22 fevral, 11:45

Şagirdlərin elektron yerdəyişməsinə fevralın 25-də başlanılır

21 fevral, 22:19

"Yüksəliş" müsabiqəsi iştirakçılarının təşəbbüsü ilə forum keçirilib

21 fevral, 21:13

“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib

21 fevral, 21:10

Məhkəmə sertifikasiyadan kəsilən müəllimin tələbini rədd etdi

21 fevral, 18:50

MİQ-ə hazırlaşanlar üçün önəmli xəbər - Təhsil İnstitutu açıqladı

21 fevral, 18:23

Dərsliklərin dili şagirdlər üçün anlaşılandırmı?

21 fevral, 16:45

Tələbələrin riyaziyyat üzrə yaz düşərgəsinə qeydiyyat başlayıb

21 fevral, 15:34

Elm və təhsil naziri Abşeronda vətəndaşları qəbul edib

21 fevral, 15:22

NDU-da akademik nailiyyətləri yüksək olan tələbələrə “TələbəPlus” kartları təqdim edilib

21 fevral, 14:51

Peşə təhsili müəssisələrinin rəhbərləri üçün təlimlər keçirilib

21 fevral, 14:49

BMU-İNHA İDP tələbələri hakaton yarışlarında qalib gəliblər

21 fevral, 14:46

AzMİU-da iqtisadi təhlükəsizlik məsələsi müzakirə edilib

21 fevral, 14:38

Paytaxt məktəblərində Beynəlxalq Ana Dili Günü qeyd edilib

21 fevral, 14:33

Məktəblərdə fəaliyyət göstərən metodistlər üçün vebinar keçirilib

21 fevral, 14:27

Paytaxt məktəblərində psixoloqların işə qəbulu müsabiqəsinə start verilir

21 fevral, 14:01

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək

21 fevral, 13:43

"Heç bir hal müəllimin şiddət göstərməsinə haqq qazandıra bilməz" – Mütəxəssis rəyi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.