
Sərfəli rabitə xidmətləri ilə tanınan “Nar” Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 saylı orta məktəbin şagirdləri arasında “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib. Şagirdlərin yaratdığı əsərlər məktəbin akt zalında sərgilənib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə məktəb və “Nar” rəhbərliyi, eləcə də YARAT Müasir İncəsənət Məkanının rəssam-kuratorlarından ibarət heyət iştirak edib. Əməkdar incəsənət xadimi Sabina Şıxlinskaya və məkanın layihə meneceri Leyla Ağayeva əsərləri qiymətləndirərək, gənc müəlliflərə sertifikatlar təqdim ediblər.
Şagirdlərin istedadını rəqəmsal dünyaya daşımaq məqsədilə, “Nar” müsabiqənin qaliblərinə müasir planşet və smart qələm hədiyyə edib. Bu təşəbbüslə "Nar" regionun mədəni həyatına töhfə verilməsi və yerli icmanın istedadlı gənclərinin dəstəklənməsini hədəfləyir.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərir. Son 6 ildə Müştəri Loyallığı İndeksi üzrə ölkənin lider mobil operatoru olan “Nar” müştəriyönümlü strategiyasına sadiq qalaraq sərfəli qiymətlərlə üstün xidmət təqdim edir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər