Bütün xəbərlər
21 fevral, 15:22

Naxçıvan Dövlət Universitetində (NDU) ilk dəfə olaraq tələbələrə “TələbəPlus” kartları təqdim olunub.

NDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, Magistratura və Doktorantura Mərkəzində keçirilən tədbirdə universitet rəhbərliyi, müəllim heyəti və tələbələr iştirak ediblər.

NDU-nun rektoru Elbrus İsayev rəqəmsallaşmanın ali təhsildəki əhəmiyyətindən danışıb, müasir texnologiyaların tədris prosesinə inteqrasiyasının vacibliyini vurğulayıb. Universitetin innovativ həlləri tətbiq edərək, tələbələrin akademik və sosial həyatını daha rahat və effektiv təşkil etməyə çalışdığını bildirib. Rektor diqqətə çatdırıb ki, bu istiqamətdə həyata keçirilən ən son təşəbbüslərdən biri də “TələbəPlus” kartıdır. Yaxın gələcəkdə universitetdə FaceID sistemi tətbiq ediləcək və tələbələr bu kart vasitəsilə fakültələrinə daxil ola biləcəklər. Elbrus İsayev bu yeniliyin həm təhlükəsizlik sisteminin gücləndirilməsinə, həm də giriş-çıxış prosesinin daha səmərəli idarə olunmasına imkan yaradacağını deyib.

İqtisadi məsələlər üzrə rektor müşaviri Ülvi Baxışlı “TələbəPlus” layihəsinin üstünlüklərindən danışıb. Layihə Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa”nın dəstəyi ilə reallaşdırılıb və tələbələrə bir çox imtiyazlar qazandırır. Rektor müşaviri bildirib ki, layihə çərçivəsində kart sahibləri təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat və digər sahələrdə müxtəlif güzəştlərdən yararlana biləcəklər. Bununla bağlı bir sıra tərəfdaş qurumlarla danışıqlar aparılıb. Xüsusilə, “Naxçıvan Dövlət Universiteti Xəstəxanası” publik hüquqi şəxs və “CinemaPlus” ilə əldə olunan razılaşmalar nəticəsində tələbələr bu kart vasitəsilə həmin müəssisələrin xidmətlərindən endirimli şərtlərlə istifadə imkanı qazanacaqlar.

Sonda rektor akademik nailiyyətləri yüksək olan tələbələrə “TələbəPlus” kartları və hədiyyələr təqdim edib.

1 /5

Şərhlər

Xəbər lenti

22 fevral, 21:30

“Balaca xəzinələr” qrant layihəsinin icrası davam edir

22 fevral, 15:16

Naxçıvanda bağçalara müdir vəzifəsinə işə qəbulun test mərhələsi keçirilib

22 fevral, 11:45

Şagirdlərin elektron yerdəyişməsinə fevralın 25-də başlanılır

21 fevral, 22:19

"Yüksəliş" müsabiqəsi iştirakçılarının təşəbbüsü ilə forum keçirilib

21 fevral, 21:13

“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib

21 fevral, 21:10

Məhkəmə sertifikasiyadan kəsilən müəllimin tələbini rədd etdi

21 fevral, 18:50

MİQ-ə hazırlaşanlar üçün önəmli xəbər - Təhsil İnstitutu açıqladı

21 fevral, 18:23

Dərsliklərin dili şagirdlər üçün anlaşılandırmı?

21 fevral, 16:45

Tələbələrin riyaziyyat üzrə yaz düşərgəsinə qeydiyyat başlayıb

21 fevral, 15:34

Elm və təhsil naziri Abşeronda vətəndaşları qəbul edib

21 fevral, 15:32

AzMİU-da tələbələrin əl işlərindən ibarət sərgi açılıb

21 fevral, 14:51

Peşə təhsili müəssisələrinin rəhbərləri üçün təlimlər keçirilib

21 fevral, 14:49

BMU-İNHA İDP tələbələri hakaton yarışlarında qalib gəliblər

21 fevral, 14:46

AzMİU-da iqtisadi təhlükəsizlik məsələsi müzakirə edilib

21 fevral, 14:38

Paytaxt məktəblərində Beynəlxalq Ana Dili Günü qeyd edilib

21 fevral, 14:33

Məktəblərdə fəaliyyət göstərən metodistlər üçün vebinar keçirilib

21 fevral, 14:27

Paytaxt məktəblərində psixoloqların işə qəbulu müsabiqəsinə start verilir

21 fevral, 14:01

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək

21 fevral, 13:43

"Heç bir hal müəllimin şiddət göstərməsinə haqq qazandıra bilməz" – Mütəxəssis rəyi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.