
20 fevral tarixində Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (ARTİ MDM) tərəfindən “Müasir metodist” layihəsi çərçivəsində növbəti vebinar təşkil edilib.
Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, vebinarın əsas məqsədi metodistlərin qiymətləndirmə sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək olub. Vebinarda ümumi təhsil müəssisələrində metodik xidmət göstərən metodistlər və ARTİ MDM-in əməkdaşları iştirak ediblər.
Vebinar çərçivəsində qiymətləndirmə prosesinin təkmilləşdirilməsi, şagirdlərin bilik və bacarıqlarının ölçülməsi üçün müxtəlif yanaşmalar, tapşırıqların çətinlik dərəcəsinin müəyyənləşdirilməsi və qiymətləndirmənin şagirdlərin öyrənmə motivasiyasına təsiri kimi mövzular geniş şəkildə müzakirə edilib. Vebinarda təfəkküryönümlü tapşırıqların müasir yanaşmalara uyğun hazırlanması və obyektivliyin qorunmasının vacibliyini vurğulanıb. Həmçinin refleksiyanın qiymətləndirmə prosesindəki əhəmiyyəti barədə fikirlər səsləndirilib və bu istiqamətdə hazırlanan situasiyalar əsasında praktiki tapşırıqlar icra edilib.
Müzakirələr zamanı metodistlər qiymətləndirmə prosesində qarşılaşdıqları çətinliklər, onların həlli yolları və təcrübələri paylaşaraq fikir mübadiləsi aparıblar. Tədbirin sonunda qiymətləndirmə sahəsində innovativ yanaşmaların tətbiqinin, obyektiv qiymətləndirmə vasitələrinin daha dərindən öyrənilməsinin və metodistlərin bu sahədə biliklərini davamlı inkişaf etdirməsinin vacibliyi qeyd olunub.
Qeyd edək ki, “Müasir metodist” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər metodistlərin peşəkar inkişafına dəstək olmaqla yanaşı, ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsinə və şagirdlərin akademik nailiyyətlərinin artırılmasına töhfə verməyi hədəfləyir. Gələcəkdə metodiki bacarıqların inkişafına yönəlmiş müxtəlif mövzularda vebinarların keçirilməsi planlaşdırılır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər