Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ötən ilin aprelində keçirilən “Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: Retrospektiv təhlil və gələcəyə baxış” respublika elmi-praktik konfransının materialları geniş oxucu kütləsi üçün kitab şəklində çapdan çıxıb.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, AzMİU-nun Elmi Şurasının qərarı ilə işıq üzü görən nəşr mövzu ilə bağlı məruzə və tədqiqatları əhatə edib. Kitabda Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialının retrospektiv və perspektiv istiqamətləri, sosial-iqtisadi problemləri, memarlıq irsi, tarixi-etnoqrafik faktlar, həmçinin bölgənin iqtisadi və strateji əhəmiyyəti geniş şəkildə təhlil olunub.
Universitetin Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor Məhəbbət Məmmədovun elmi redaktorluğu ilə hazırlanan kitabda AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ilə yanaşı elmi-tədqiqat institutlarının alimləri, iqtisadçılar, gənc tədqiqatçıların məqalələri də yer alır. Nəşr həm elmi mühit üçün, həm də Qərbi Azərbaycanın iqtisadi, sosial və tarixi tədqiqatlarına maraq göstərən hər kəs üçün dəyərli bir mənbədir.
Bu nəşr, yalnız elmi və tarixi həqiqətləri üzə çıxarmaqla kifayətlənməyərək, həm də Qərbi Azərbaycanın iqtisadi perspektivləri barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, bölgənin inkişafı üçün yeni ideya və təkliflərin irəli sürülməsi məqsədini daşıyır. AzMİU-nun Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor Məhəbbət Məmmədovun elmi redaktorluğu ilə hazırlanan bu kitab Qərbi Azərbaycan mövzusunda elmi araşdırmaların dərinləşdirilməsi və gələcəkdə bu istiqamətdə daha geniş miqyaslı tədqiqatların aparılması üçün zəngin və qiymətli bir vəsaitdir.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)