Bütün xəbərlər
24 aprel, 09:53

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbir işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatı, habelə yuxarı kurslarda təhsil alan tələbələrin, əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunların əmək bazarına çıxışının dəstəklənməsi, onların ixtisas və maraq dairəsinə uyğun vakant iş yerlərinə dair məlumatlandırılması, işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına şərait yaradılması məqsədi daşıyıb.

Yarmarkada bu kimi aktiv məşğulluq tədbirlərinin keçirilməsinin işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatında əhəmiyyəti, həmçinin gənclərin əmək bazarına inteqrasiyasında, onların ixtisaslarına uyğun vakansiyalara əlçatanlığının təmin edilməsində, işəgötürənlərin ixtisaslı kadrlara olan ehtiyaclarının qısa zamanda ödənilməsində mühüm önəm kəsb etdiyi vurğulanıb.

“Məzunların məşğulluq reytinqi” platforması barədə də məlumat verilib. Tədbirdə iştirak edən qonaqlar işəgötürənlərlə tanış olub, təqdim edilən vakansiyalar və onların tələbləri ilə maraqlanıblar. İşəgötürənlər isə öz növbəsində müəssisələrinin fəaliyyət istiqamətləri, əməkdaş seçimində prioritet kriteriyalar və vakansiyalara qəbul prosesi haqqında ətraflı məlumat veriblər.

Yarmarkada 90 işəgötürən tərəfindən 822 vakansiya təqdim edilib, bu vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.

Tədbirə qatılan şəxslər agentlik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə də məlumat almaq imkanı əldə ediblər.

1 /3

Şərhlər

Xəbər lenti

28 aprel, 10:44

Yeni nəslin tərbiyəsi müzakirə edildi – Bu dəfə Gəncədə

28 aprel, 10:44

AzMİU-da “Dizayn həftəsi”ndən REPORTAJ

28 aprel, 10:17

Buraxılış imtahanının doğru cavab etalonları açıqlanıb

28 aprel, 10:00

Müəllimlər arasında “Nə? Harada? Nə zaman” oyunu keçirilib

28 aprel, 09:38

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür

27 aprel, 15:19

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb

27 aprel, 14:56

9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

27 aprel, 14:47

Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının yarımfinal mərhələsi keçirilib

27 aprel, 09:15

Sözümüzün gücü: Dövlət dili statusunun şərəfli yolu 

26 aprel, 21:29

Qarabağ Universitetində “COP simulyasiya” konfransı işə başlayıb

26 aprel, 20:56

ABŞ-də uşaq bağçalarında süni intellekt tədris olunacaq

26 aprel, 20:50

“Yüksəliş” müsabiqəsi çərçivəsində beşinci dəfə intellektual yarış keçirilib

26 aprel, 17:06

Goranboy məktəbində yayılan video ilə bağlı araşdırma başladı

26 aprel, 16:40

Nazirlik bağçalarda boş yerlərin sayını açıqlayıb

26 aprel, 15:51

Mir Cəlal Paşayev : “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”

26 aprel, 13:41

UFAZ-da TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

26 aprel, 13:36

BANM tələbələrinin startapı 25 min avro investisiya əldə etdi

26 aprel, 11:25

Emosional vəziyyət imtahan nəticəsinə təsir edir

26 aprel, 09:00

Mir Cəlal Paşayevin Azərbaycan müəllimlərinin IV qurultayında çıxışı – QƏZETİN ARXİVİNDƏN

25 aprel, 17:47

NDU-da akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.