Bütün xəbərlər
5 dekabr, 10:29

Azərbaycan Texniki Universiteti (AzTU), İnformasiya Texnologiyaları İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Milli Müdafiə Universiteti, Naxçıvan Dövlət Universiteti, Türkiyənin İstanbul Texniki Universiteti və Qazi Universitetinin təşkilatçılığı ilə “İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” adlı II beynəlxalq elmi-texniki konfransı öz işinə başlayıb.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, AzTU-da təşkil olunan konfransda qonaqları salamlayan rektor Vilayət Vəliyev müasir dövrdə infokommunikasiya, süni intellekt, idarəetmə sistemləri, informasiya təhlükəsizliyi, radioelektron və aerokosmik sistemlər kimi sahələrin inkişafının önəmindən danışıb. Bildirib ki, bu istiqamətdə universitetlər və institutlar birgə tədqiqatlar aparmalı, yeni modellər ortaya qoymalıdırlar.

Tədbirin əhəmiyyətindən danışan rektor bildirib ki, konfransa Azərbaycan, Türkiyə, Rusiya, Almaniya, Belarus, Qazaxıstan, İsveç, Özbəkstan, Ukrayna, Hindistan və s. ölkələrdən 150-dən çox məqalə daxil olub. Məruzələrin sayının çox olması infokommunikasiya sistemləri, kibertəhlükəsizlik, radioelektron, idarəetmə sistemləri, mütərəqqi istehsal və süni intellekt texnologiyaları sa­hələrinin problemlərini məruzəçilərin hər birinin nöqteyi-nəzərindən öy­rə­nil­mə­sinə, təcrübə mübadiləsi aparılmasına və müzakirəyə qoyulan problemlərin həlli üçün alqoritmin və yeni metodların formalaşdırılmasına imkan verəcək.

Daha sonra İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Aliquliyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Türkiyə-Azərbaycan Universitetinin prorektoru professor Mehmet Şimşir, Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin dosenti Olqa Boipraf, AzTU-nun Radiotexnika və telekommunikasiya kafedrasının dosenti Aqil Mövsümov çıxış edib. Qeyd olunub ki, konfransın keçirilməsində əsas məqsəd elm, təhsil və tədqiqat sahələrinin vahid informasiya infrastrukturunun tələblərinə uyğun yaradılması və bu sektorların dördüncü sənaye inqilabının əsas prinsipləri bazasında effektivliyinin yüksəldilməsini təmin edən, elmi və texniki zəmin yaradan perspektiv konsepsiyaların, rəqəmsal, kvant və intellektual texnologiyaların formalaşdırılmasıdır.

Qeyd edək ki, konfransa təqdim olunan məqalələr nüfuzlu xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan 6 jurnalda çap olunmaq üçün tövsiyə ediləcək.

Beş bölmədə işini davam etdirən konfrans dekabrın 5-i yekunlaşacaq.  

1 /10

Şərhlər

Xəbər lenti

28 aprel, 10:44

Yeni nəslin tərbiyəsi müzakirə edildi – Bu dəfə Gəncədə

28 aprel, 10:44

AzMİU-da “Dizayn həftəsi”ndən REPORTAJ

28 aprel, 10:17

Buraxılış imtahanının doğru cavab etalonları açıqlanıb

28 aprel, 10:00

Müəllimlər arasında “Nə? Harada? Nə zaman” oyunu keçirilib

28 aprel, 09:38

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür

27 aprel, 15:19

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb

27 aprel, 14:56

9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

27 aprel, 14:47

Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının yarımfinal mərhələsi keçirilib

27 aprel, 09:15

Sözümüzün gücü: Dövlət dili statusunun şərəfli yolu 

26 aprel, 21:29

Qarabağ Universitetində “COP simulyasiya” konfransı işə başlayıb

26 aprel, 20:56

ABŞ-də uşaq bağçalarında süni intellekt tədris olunacaq

26 aprel, 20:50

“Yüksəliş” müsabiqəsi çərçivəsində beşinci dəfə intellektual yarış keçirilib

26 aprel, 17:06

Goranboy məktəbində yayılan video ilə bağlı araşdırma başladı

26 aprel, 16:40

Nazirlik bağçalarda boş yerlərin sayını açıqlayıb

26 aprel, 15:51

Mir Cəlal Paşayev : “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”

26 aprel, 13:41

UFAZ-da TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

26 aprel, 13:36

BANM tələbələrinin startapı 25 min avro investisiya əldə etdi

26 aprel, 11:25

Emosional vəziyyət imtahan nəticəsinə təsir edir

26 aprel, 09:00

Mir Cəlal Paşayevin Azərbaycan müəllimlərinin IV qurultayında çıxışı – QƏZETİN ARXİVİNDƏN

25 aprel, 17:47

NDU-da akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.