
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Aprel döyüşlərinin doqquzuncu ildönümünə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov Aprel döyüşlərinin hərb tariximizin şanlı səhifələrindən biri olduğunu deyib. O bildirib ki, Qarabağ Zəfərinin başlanğıcı hesab olunan Aprel döyüşləri erməni işğalında olan Azərbaycan torpaqlarının azad olunması üçün yeni bir mərhələnin əsasını qoydu. Bu baxımdan Aprel döyüşləri hərbi, siyasi, mənəvi və psixoloji əhəmiyyət daşıyırdı. Azərbaycan dünyaya göstərdi ki, hansı vasitələrlə olursa-olsun, öz ərazilərini düşməndən azad edəcək.
Tədbir bədii hissə ilə davam edib.
Filologiya fakültəsinin I kurs tələbələri Xəyalə Cövdətova, Səbinə Məmmədzadə və Sultan Əsədli Aprel şəhidləri Raquf Orucov, Pəncəli Teymurov, Vüqar Yusifov barədə geniş təqdimatla çıxış ediblər. I kurs tələbələri Zəhra Əliyeva, Pərvin Zamanova Aprel döyüşləri ilə bağı ətraflı məlumat verib, Vətənə həsr olunan şeirlər səsləndiriblər.
Tədbirin sonunda Aprel döyüşləri haqqında videoçarx nümayiş olunub.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər