Bütün xəbərlər
9 aprel, 15:00

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapan “Məktəbli avtobusları” layihəsinin artıq növbəti tədris ilindən həyata keçirilməsi planlaşdırılır. 

Bu layihənin əsas məqsədi məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsilalanların təhlükəsiz və rahat daşınmasını həyata keçirməkdir. Hamıya məlumdur ki, dərslərin başlanma və bitmə saatlarında yollarda ağır tıxac yaranır. “Məktəbli avtobusları” layihəsinin tətbiqi ilə bu problemin nisbətən aradan qalxacağı güman edilir.

Həmçinin şagirdlərin xüsusi avtobuslarla tədris müəssisələrinə daşınması valideynlərin də işini yüngülləşdirəcək. Bəzi valideynlər övladlarını məktəbə şəxsi avtomobillərlə aparır və ya bunun üçün xüsusi taksi xidmətlərindən istifadə edirlər. Buna görə də “Məktəbli avtobusları” tıxac problemində alternativ həll təqdim etməklə yanaşı, ailələrin maddi yükünü də azalda bilər.

Nəqliyyat eksperti Eldəniz Cəfərov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, bu layihə Bakı şəhərində az da olsa, tıxacın qarşısını alacaq:

“Sərəncamda əsas məqsəd ondan ibarətdir ki, Bakı şəhərində yollarda sıxlıq və tıxaclar aradan qaldırılsın və insanların sərbəst hərəkəti təmin edilsin. Burada həmçinin təhsil müəssisələrinə məktəblilərin daşınması ilə bağlı vacib müddəa da var. Düşünürəm ki, “Məktəbli avtobusları” layihəsi Bakı şəhəri ərazisində bütün məktəblərdə tətbiq olunmalıdır. Bu layihənin tətbiqi zamanı xüsusən də ibtidai sinif şagirdlərinin daşınması nəzərdə tutulmalıdır. Valideynlər ibtidai sinif şagirdlərinin yaşı az olduğu üçün onları fərdi avtomobilləri və ya taksilərlə məktəbə gətirirlər. Bu da yola çıxan nəqliyyat vasitələrinin sayının artmasına gətirib çıxarır. Təbii olaraq, nəqliyyat vasitələrinin sayının artması tıxaca gətirib çıxarır. Sıxlığın idarə oluna bilməməsi də ciddi tıxaca səbəb olur”.

E.Cəfərov bildirib ki, yeni tədris ilindən tətbiq olunacaq “Məktəbli avtobusu” layihəsi dünyanın bir çox ölkəsində var: “Uzağa getmədən qonşu ölkələrə diqqət yetirsək, görərik ki, bu layihə artıq sınaqdan uğurla keçirilib. Əsas məsələ odur ki, “Məktəbli avtobusu” layihəsi Azərbaycan reallığına uyğun tətbiq edilsin”, – deyə o qeyd edib. 

Şərhlər

Xəbər lenti

17 aprel, 19:28

Şagirdlərinin 90 faizi repetitor yanına getmədən yüksək bal topladı

17 aprel, 19:05

ATU-da zərərli vərdişlər ilə bağlı maarifləndirici tədbir keçirilib

17 aprel, 18:10

Azərbaycan və Çin universitetləri ilkə imza atdı 

17 aprel, 17:49

Azərbaycan İƏT-in ali təhsil üzrə ekspert görüşündə təmsil olunub

17 aprel, 17:30

“İmtahan suallarını asanlıqla yazdım” – Region birincisi

17 aprel, 17:24

Naxçıvanın 2 şagirdi buraxılış imtahanında 300 bal topladı

17 aprel, 17:13

“Balımı öyrənəndə bütün əziyyətlərim gözümün önündən keçdi” – Bakı məktəblisi

17 aprel, 16:59

“Sosial şəbəkələrə çox vaxt ayırmamaq lazımdır” -  Ən yüksək bal toplayan məktəbli

17 aprel, 16:52

300 bal toplayan şagird: Ən böyük arzum cərrah olmaqdır

17 aprel, 16:50

“Uğur qazanmaq üçün dayanmadan çalışmaq lazımdır” – Maksimum nəticə göstərən Zümrüd

17 aprel, 16:19

Məqsədim həkim kimi ölkəmə xidmət etməkdir  – Region birincisi

17 aprel, 16:00

Qərbi Azərbaycan məktəbləri: Bala Məzrə məktəbinin təhsil tarixi – ARAŞDIRMA

17 aprel, 15:46

Beş paytaxt məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib

17 aprel, 15:45

“Uşaqların tələbi həyatın tələbidir” – QƏZETİN ARXİVİNDƏN

17 aprel, 15:40

ADA Universiteti “Sərhədsiz riyaziyyatçılar” üçün qeydiyyata başlayıb

17 aprel, 15:30

Azərbaycan Tibb Universiteti tədris planlarını yeniləyəcək

17 aprel, 15:25

Azərbaycanda tanınmış İT proqramları üzrə tədrisə başlanılıb

17 aprel, 14:33

Buraxılış imtahanı ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək

17 aprel, 14:30

11 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

17 aprel, 14:28

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandıSİYAHI 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.