Bütün xəbərlər
4 aprel, 11:37

Bakı Mühəndislik Universitetinin (BMU) sonuncu kurs tələbələrinin istehsalat və pedaqoji təcrübələri davam edir.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, 17 fevral tarixindən başlayan təcrübə prosesində İnformasiya və kompüter texnologiyaları, İqtisadiyyat və idarəetmə, Mühəndislik, pedaqoji fakültələrindən bakalavriat səviyyəsində təhsil alan ümumilikdə 1085 tələbə iştirak edir.

Tələbələr istehsalat təcrübəsini Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat  nazirlikləri, habelə SOCAR-ın müəssisələri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Aqrar Sığorta Fondu, "Azərenerji" və "Azərişıq" ASC-lərin müəssisələri, “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC, Abşeron Logistika Mərkəzi, Sumqayıt Texnologiyalar Parkı, "Azertexnolayn", "Aztelekom" MMC-lər, Veysəloğlu Şirkətlər Qrupu, “Azərsun Holdinq” və "Azərsu" ASC-nin müəssisələri, "Bank of Baku", Kapital Bank, Asan Xidmət, eləcə də digər dövlət və özəl müəssisələrində keçirlər.

Pedaqoji ixtisasların tələbələri isə təcrübələrini XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Landau məktəbi, Zirvə, İdrak, İstanbul və Hədəf liseylərində davam etdirirlər.

Təcrübə prosesi hər bir sahənin peşəkar mütəxəssisinin nəzarəti və fənn müəllimlərinin dəstəyi ilə həyata keçirilir. Tələbələr təcrübə zamanı tədrisdə yiyələndikləri nəzəri biliklərini möhkəmləndirir, gələcək peşə fəaliyyətləri üçün zəruri bacarıq və vərdişlər qazanırlar.

Bakalavriat səviyyəsində təhsil alanların təcrübəsi iyulun 5-də başa çatacaq.

Habelə müxtəlif ixtisaslar üzrə magistratura səviyyəsində təhsil alan 155 tələbə üçün təşkil olunmuş elmi-tədqiqat, həmçinin elmi-pedaqoji təcrübə proqramı davam edir və aprelin 22-də yekunlaşdırılması nəzərdə tutulur.

1 /3

Şərhlər

Xəbər lenti

10 aprel, 08:50

Fərid Qayıbov Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ilə görüşüb

9 aprel, 17:50

SABAH.HUB-ın təşkilatçılığı ilə növbəti "Demo Day" keçirilib

9 aprel, 17:27

Ölkədə süni intellekt ekosisteminin formalaşması xeyli sürətlənib

9 aprel, 17:25

Qərbi Azərbaycana qayıdış mövzusu Sumqayıtda müzakirə edildi

9 aprel, 17:22

Cənab Prezidentin etimadı qarşıya yeni vəzifələr qoyur

9 aprel, 17:12

III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başlayır

9 aprel, 17:07

Rəqəmsal və nəqliyyat naziri İsrailin elm və texnologiya naziri ilə görüşüb

9 aprel, 16:46

ADNSU və Dövlət Su Ehtiyatları Agentliyi arasında əməkdaşlıq görüşü keçirilib

9 aprel, 16:41

Ağstafada şagird məktəb yoldaşına xəsarət yetirib

9 aprel, 16:15

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? – Tərcümeyi-hal

9 aprel, 16:10

Mingəçevir Dövlət Universitetinə rektor təyin edildi – SƏRƏNCAM

9 aprel, 16:05

Alimlərimizdən zəlzələ ilə bağlı mühüm tədqiqat

9 aprel, 16:03

Paytaxt məktəbliləri Avropada çempion oldular

9 aprel, 15:43

RFO-nun final turunda iştirak hüququ qazananların NƏZƏRİNƏ!

9 aprel, 15:41

Paytaxt məktəblərində anonim qutular yaradılıb – VİDEO

9 aprel, 15:24

Nicat Məmmədli: Bəzi ixtisasların tədris müddətinin azaldılması müzakirə olunur

9 aprel, 15:18

"Türkiyə–Azərbaycan Universiteti təhsil tərəfdaşlığının mühüm nümunəsidir" – Erol Özvar

9 aprel, 15:00

“Məktəbli avtobusu” necə fəaliyyət göstərəcək? – Ekspertdən təklif

9 aprel, 14:57

TKTA İdarə Heyətinin sədri BANM-də şagirdlərlə debat keçirib

9 aprel, 14:40

"Elmi sahədə islahatlar gənc tədqiqatçılar üçün böyük imkanlar vəd edir" – Qulam Babayev

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.