Bütün xəbərlər
24 aprel, 09:43

Bakı Mühəndislik Universitetində (BMU) Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində vorkşop keçirilib.

BMU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, aprel ayının əvvəlindən start verilən layihə kənd təsərrüfatı sahəsində innovasiyalar və rəqəmsal texnologiyalardan istifadə etməklə süni intellektin tətbiqini təşviq məqsədi daşıyır.

Tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev kənd təsərrüfatında süni intellektin tətbiqini bu sahənin gələcəyi ilə bağlı strateji istiqamət kimi səciyyələndirib. Son dövrlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının diversifikasiyası istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasətinin öz bəhrəsini verdiyini qeyd edən rektor iqtisadiyyatda kənd təsərrüfatının xüsusi mövqe qazandığını, aqrar sektorun keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Yaqub Piriyev Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası ilə əlaqədar görülən işlərə diqqət çəkərək, işğaldan azad edilmiş torpaqlarımızda yüksək texnoloji əsaslarla bərpa işlərinin görüldüyü, “Ağıllı kənd təsərrüfatı” layihələri, smart texnologiylarının tətbiq olunduğunu vurğulayıb. Eyni zamanda, Azərbaycanda kənd təsərrüfatının rəqəmsallaşması yolunda atılan hər bir addımın ölkəmizin ərzaq təhlükəsizliyi, ixrac potensialı və innovasiyayönümlü inkişafı üçün strateji əhəmiyyət daşıdığı qeyd olunub. BMU Texnoparkının aqrar startapların inkişafını özünə strateji istiqamət seçdiyini nəzərə çatdıran rektor universitetin bir neçə doktorant və magistrantının süni intellektin kənd təsərrüfatının müxtəlif sahələrinə tətbiqi ilə bağlı elmi tədqiqatlar apardığını da deyib.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə layihədə süni intellektin tədris olunduğu ali təhsil müəssisələrinin tələbə və gənc tədqiqatçılarının iştirakının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirib ki, bu məqsədlə keçirilən vorkşoplar aqrar sahənin ayrı-ayrı istiqamətləri üzrə müxtəlif formatlarda təşkil olunur. Direktor layihə çərçivəsində ali təhsil müəssisələrindən ibarət komandaların irəli sürdüyü ağıllı və innovativ həllərin seçilmiş özəl təsərrüfatlarda tətbiq olunacağını deyib.

Aqrar İnnovasiya Mərkəzinin gördüyü işlər, keçirdiyi tədbirlərlə bağlı videoçarxın nümayişindən sonra tədbirdə “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov, “TECHNOCARE” MMC-nin təsisçisi Tural Həmzəyev, “Agro Systems” MMC-nin direktoru Köçəri Həsənov, “SHABRAN-D” MMC-nin direktoru Şöhrət Məmmədov çıxış edərək rəhbəri olduqları şirkətlərin innovasiyalar sahəsində qazandıqları nailiyyətlər barədə məlumat verib və müasir texnoloji ixtisaslarda təhsil alan, innovasiyalara maraq göstərən gəncləri əməkdaşlığa dəvət ediblər.

Sonda qonaqlar BMU-nun müasir laboratoriyaları, o cümlədən universitetin Texnoparkında tələbələrin aqrar və yaşıl texnologiyalar sahəsindəki startapları ilə yaxından tanış olublar.

1 /8

Şərhlər

Xəbər lenti

28 aprel, 10:17

Buraxılış imtahanının doğru cavab etalonları açıqlanıb

28 aprel, 10:00

Müəllimlər arasında “Nə? Harada? Nə zaman” oyunu keçirilib

28 aprel, 09:38

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür

27 aprel, 15:19

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb

27 aprel, 14:56

9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

27 aprel, 14:47

Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının yarımfinal mərhələsi keçirilib

27 aprel, 09:15

Sözümüzün gücü: Dövlət dili statusunun şərəfli yolu 

26 aprel, 21:29

Qarabağ Universitetində “COP simulyasiya” konfransı işə başlayıb

26 aprel, 20:56

ABŞ-də uşaq bağçalarında süni intellekt tədris olunacaq

26 aprel, 20:50

“Yüksəliş” müsabiqəsi çərçivəsində beşinci dəfə intellektual yarış keçirilib

26 aprel, 17:06

Goranboy məktəbində yayılan video ilə bağlı araşdırma başladı

26 aprel, 16:40

Nazirlik bağçalarda boş yerlərin sayını açıqlayıb

26 aprel, 15:51

Mir Cəlal Paşayev : “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”

26 aprel, 13:41

UFAZ-da TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

26 aprel, 13:36

BANM tələbələrinin startapı 25 min avro investisiya əldə etdi

26 aprel, 11:25

Emosional vəziyyət imtahan nəticəsinə təsir edir

26 aprel, 09:00

Mir Cəlal Paşayevin Azərbaycan müəllimlərinin IV qurultayında çıxışı – QƏZETİN ARXİVİNDƏN

25 aprel, 17:47

NDU-da akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib

25 aprel, 17:38

ADPU-da “Azərbaycan xeyriyyəçilik tarixinin Musa Nağıyev səhifəsi” mövzusunda tədbir keçirilib

25 aprel, 17:32

Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək – SƏRƏNCAM

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.