Bütün xəbərlər
3 fevral, 16:17

Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsilalanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”nın təşkil edilməsi planlaşdırılır. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb 

“Məktəb avtobusları” ölkəmiz üçün yeni anlayış olduğuna görə özü ilə bərabər bir çox sualları da gətirir. Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Azərbaycan müəllimi”nə açıqlamasında “məktəb avtobusları”nın dünyanın bir çox ölkələrində hərəkətin təşkili ilə bağlı vacib elementə çevrildiyini qeyd edib. 

O bildirib ki, Bakı şəhərində məktəblərin yerləşmə arealına baxılsa, eyni zamanda, şagirdlərin oraya axın etməsi məsələsini nəzərdən keçirilsə, görülər ki, uzaq məsafələrdən həmin ərazilərə gələn məktəblilər avtomobillərlə oraya gətirilir. Buna görə də belə tıxac vəziyyəti yaranır:

"Bir neçə il əvvəl qəbul edilmiş qərara əsasən, şagirdlər məktəbə qəbul edilərkən onun həmin əraziyə yaxın məsafədə yaşayıb-yaşamadığı nəzərə alınır. Bundan əlavə, bəzi məktəb rəhbərliyi şagirdlərin valideynlərindən iş yerlərinin həmin əraziyə yaxın olub-olmamasına dair arayış tələb edir. Lakin bu qanunun icrasında müəyyən boşluqlar yaranır. Buna görə də Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi birgə səmərəli əməkdaşlıq etməlidir”.

“Məktəb avtobusları”nın hansı məktəblər üçün zəruri olduğu məsələsinə toxunan E.Muradlı bildirir ki, bütün məktəblər üçün bu xidmətin icrasına ehtiyac yoxdur: “Səmimi şəkildə desəm, bəzi məktəblərdə, ümumiyyətlə, buna ehtiyac yoxdur. Təhlil aparsaq, görərik ki, bəzi məktəblərə sadəcə 5-10 valideyn maşınla gəlib gedir. Bu məsələləri də nəzərə almaq lazımdır. Belə məktəblərə “məktəb avtobusları” lazım deyil. 

Xüsusən özəl məktəblərdə təhsilalanların bir çoxu şəxsi maşınlarla məktəblərə gəlir. Nümunə üçün deyə bilərəm ki, özəl məktəblərin birində şagirdlərin daşınması avtobuslar vasitəsilə həyata keçirilirdi. Ərazidə yaşayan insanlar küçənin dar olduğunu söyləyərək avtobusların küçəni bərbad vəziyyətə saldığını iddia etdilər. Məktəb rəhbərliyi sakinləri razı salsa da, qısa bir müddət sonra bu proses effektivliyini itirdi. İndi o məktəbə bir evdən iki şagird gəlirsə, ayrıca iki maşın gəlib gedir. 

Biz də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə danışıqlar apararaq ərazidəki alternativ küçəyə işıqfor qoyulmasını istədik. Bütün sakinlər bir məktəbə görə yolunu dəyişməli oldular. 

Buna görə də dövlət məktəblərini bir kənara qoysaq, elə bəzi özəl məktəblər tıxaca səbəb olur”.

Məsələyə maddi baxımdan da yanaşan ekspert şagirdlərin xüsusi avtobuslarla məktəbə daşınmasının valideynlər üçün də sərfəli olacağını hesab edir. Bu sahə yeni biznes sahəsi olduğu üçün sahibkarların da maddi maraqlarının təmin edilməli olduğunu deyən E.Muradlı qeyd edib ki, Dövlət Proqramının əsas mahiyyəti elə dövlət-özəl əməkdaşlığının səmərəli təşkil olunmağındadır: “Ümumiyyətlə, bu proses səmərəli işdir. Lakin 2-3 il ərzində deyil, daha uzun bir müddət ərzində effektiv olacağını düşünürəm. Bu gün məktəbə gedən şagirdlər artıq 5 ildən sonra yuxarı sinif şagirdi olacaqlar. Məktəblərin qarşısında şəxsi avtomobillərdən istifadə edən şagirdlərə diqqət yetirsəniz, onların 95 faizinin aşağı sinif şagirdləri olduğunu görərsiniz. Onları “məktəb avtobusları” ilə aparıb gətirmək üçün böyük bir potensial lazımdır. Sürücülərə təlim keçmək, onların iş və istirahət rejimlərinə nəzarət etmək lazımdır. Həmin nəqliyyat vasitələrində peşəkar bələdçilər olmalıdırlar. 

Burada müəyyən incə məqamlar var. Bu prosesə cəlb olunan sahibkarlar məktəblərin açıq olmadığı müddətdə nə edəcəyini bilməlidirlər. Bu məsələlər kompleks şəkildə həllini tapmalıdır”.

Elməddin Muradlı məsələnin həllində dərs saatlarının dəyişməsinin də vacib olduğunu vurğulayaraq bildirib ki, bütün məktəblərdə dərslərin başlama saatının dəyişməyinə ehtiyac yoxdur:

“Ən vacib məsələlərdən biri də dərslərin başlanma saatıdır. Sovet dövründən qalan bu ənənəyə son qoyulmalıdır. Çünki bütün məktəblərdə dərslər 08:00-da başlayır. Azyaşlılar yarıyuxulu vəziyyətdə məktəbə yollanırlar. Psixoloqlar da bunun doğru olmadığını söyləyirlər, çünki uşaqlar saat 8-də məktəbdə olmaq üçün daha erkən oyanmalıdırlar. 

Dərslərin başlanma saatı dəyişilməlidir. Lakin bu da bütün məktəblərə şamil edilməməlidir. Elm və Təhsil Nazirliyi digər qurumlarla birgə təhlillər apararaq şəhərin mərkəzində tıxaca səbəb olan bəzi məktəblərdə dərslərin başlama saatlarını dəyişə bilər. Respublika üzrə bütün məktəblərdə dərslərin başlama saatlarını dəyişməyə ehtiyac yoxdur”.

Şərhlər

Xəbər lenti

11 mart, 22:26

Şimali Makedoniyanın Prezidenti Azərbaycanda tələbələrlə görüşəcək

11 mart, 20:58

Şimali Makedoniyanın Prezidenti: Elm sahəsində əməkdaşlığın qurulmasına nail ola bilərik

11 mart, 20:40

Siqaret və içkiyə aludə, mobil asılılıq: Zərərli vərdişlərin fəsadları

11 mart, 20:02

İstedadını incəsənətlə göstərənlər - Qalib şagirdlərlə söhbət

11 mart, 19:00

Uşaqların ekran vaxtının məhdudlaşdırılması onların psixi sağlamlığına təsir edir

11 mart, 18:20

Övladları 1-ci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

11 mart, 17:43

Xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulunun tarixi yaxın günlərdə açıqlanacaq

11 mart, 17:27

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 17:25

Xaricdə doktorantura təhsili üçün tələb olunan sənəd sayı azaldılıb

11 mart, 17:13

Türkiyədə doktorantura təhsili üçün təqaüd imkanı

11 mart, 16:40

İmtahandan üzü qara çıxanlar - Onlara münasibət necə olmalıdır?

11 mart, 16:36

Rektor: Dünyanın tanınmış univesitetlərinin təcrübəsi əsasında ixtisaslaşmaların yeni siyahısı hazırlanır

11 mart, 16:36

“Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib

11 mart, 16:15

Texniki, texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun iclası keçirilib

11 mart, 16:02

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 15:42

Paytaxtda məktəblərin mikroəraziləri ilə bağlı 1630 müraciət cavablandırılıb

11 mart, 15:13

Şagirdlərimizin uğuru bizi daha da həvəsləndirir” – MÜSAHİBƏ 

11 mart, 15:00

Aqrar sahə üzrə yeni təhsil proqramlarının hazırlanması üçün müzakirələrə başlanılıb

11 mart, 13:52

Buraxılış imtahanlarının tarixləri dəyişdirilsinmi?

11 mart, 13:43

UNEC-in 95 illik yubileyinə həsr olunan TEDx konfransı keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.