
“Dövlət ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə” təsdiqlənib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib.
Əsasnamə dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) Elmi Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydasını müəyyən edir.
Şura ali təhsil müəssisəsinə ümumi rəhbərliyi həyata keçirən ali idarəetmə orqanı olmaqla ictimai əsaslarla fəaliyyət göstərir.
Ali təhsil müəssisəsinin strateji inkişaf istiqamətlərinə uyğun olaraq onun elm və təhsil fəaliyyətinin təşkil və koordinasiya edilməsi, dövlətin, cəmiyyətin, elmin və təhsilin müasir inkişaf istiqamətlərinə uyğun olaraq müəssisədə təhsil və tədqiqat mühitinin formalaşdırılması, müəssisənin elmi-pedaqoji potensialının inkişafı və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi sahəsində fəaliyyətinin təşkil edilməsi və müəssisənin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi Şuranın fəaliyyət istiqamətləri kimi müəyyənləşib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər