
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında universitetin Tarix-filologiya fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə “Media və süni intellekt” adlı “dəyirmi masa” təşkil edilib.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, Elmi Kitabxananın direktoru Xumar Məmmədova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt strategiyası”nın əhəmiyyətindən bəhs edib. O, strategiyada nəzərdə tutulan tədbirlərin icrasının ölkədə süni intellektin inkişafına və onun müxtəlif sahələrdə, xüsusilə media sektorunda tətbiqinə töhfə verəcəyini vurğulayıb.
Universitetin “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva mediada süni intellektin effektivliyi, təsirləri və riskləri barədə geniş çıxış təqdim edib. O, süni intellektin informasiya axınının sürətlənməsinə, jurnalistikanın yeni imkanlar qazanmasına şərait yaratdığını, eyni zamanda saxta xəbərlərin yayılma riskini artırdığını bildirib. Şəhla Şirəliyeva süni intellektin xəbərlərin hazırlanması və redaktə prosesində istifadəsi ilə bağlı nümunələr təqdim edərək jurnalistlərin etik məsuliyyətinin vacibliyini diqqətə çatdırıb.
Tədbir müzakirələrlə davam edib.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər