Bütün xəbərlər
3 fevral, 14:15

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Lancaster Universitetində “Kompüter mühəndisliyi, insan-kompüter əlaqəsi (human-computer interaction)” ixtisası üzrə PhD təhsili alan Lalə Quluzadə ADA Universitetində seminar keçib.

“Azərbaycan müəllimi” xəbər verir ki, seminarda ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirak edib. DP təqaüdçüsü “Azərbaycan müəllimi”nə seminarın mövzusu barədə məlumat verib:
  
- Yanvarın 30-da ADA Universitetində doktorantura mövzum olan “Sağlamlıq və rifaha yönəlik texnologiyaların dizaynında insan-kompüter interaksiyasının rolu” ilə bağlı seminarda çıxış etdim. Mövzu həm dünyada, həm də ölkəmizdə çox tez-tez rast gəlinən, sağlam qidalanmama nəticəsində yaranan xroniki xəstəliklər (diabet, qidalanma pozuntuları və s.) üçün yeni texnologiyaların inkişaf etdirilməsi ilə bağlı idi. Ölkəmizdə kompüter elmləri dedikdə, daha çox kommunikasiya sistemləri, kibertəhlükəsizlik və ya şəbəkələşmə sahələri nəzərdə tutulsa da, əslində, sağlamlıq və rifaha yönəlik texnologiyaların inkişaf etdirilməsi də bu sahəyə daxildir. Lakin bu, çox az bilinən bir mövzudur. Seminarda araşdırma mövzum çərçivəsində apardığım bir neçə çalışmadan bəhs etdim. İlk araşdırmam insanların öz sağlamlıq məlumatlarını izlədikləri mobil tətbiqlər, bu tətbiqlərin kimlər tərəfindən inkişaf etdirildiyi və istifadəçilər üçün nə dərəcədə etibarlı olduğu ilə bağlı idi.

Daha sonra ikinci çalışmamda mövcud texnologiyaları, onların müsbət və mənfi tərəflərini, eləcə də insan-kompüter interaksiyası sahəsində çalışan tədqiqatçıların sağlamlıq texnologiyalarını necə daha effektiv inkişaf etdirə biləcəkləri haqqında danışdım. Bu məqsədlə hazırladığım metod kartları və yeni dizayn təlimatı ilə bağlı fikirlərimi seminar iştirakçıları ilə bölüşdüm. Seminarda bir neçə maraqlı sual səsləndi. Bunlar arasında istifadəçilərin sağlamlıqları üçün yedikləri qidaların inqrediyent və kalorisini özlərinin müəyyənləşdirməsi üçün hansı texnologiyaların daha uyğun ola biləcəyi, eləcə də bu texnologiyaların inkişaf etdirilməsində tibb işçilərinə nə dərəcədə ehtiyac duyulduğu ilə bağlı suallar yer alırdı”.

Seminar müəllim və tələbələr, bu sahədə tədqiqatlar aparan mütəxəssislər tərəfindən maraqla qarşılanıb. 

1 /1

Xəbər lenti

4 fevral, 09:22

“İnnovativ məktəb” layihəsi çərçivəsində keçirilən tədbirlər davam edir

3 fevral, 18:13

İstedadlı gənclər üçün fürsət: 5000 manatadək maliyyə ayrılacaq

3 fevral, 17:39

Orta ixtisas təhsil müəssisələrinin rəhbərləri üçün təlimlər təşkil olunub

3 fevral, 17:38

“DeepSeek”: Çin startapı süni intellekt bazarında rəqabəti artırır

3 fevral, 17:10

Tələbələri keyfiyyətli iş təqdim etməyə necə həvəsləndirmək olar?

3 fevral, 16:50

Məktəblər diabetli şagirdlərini bu yolla nəzarətdə saxlaya bilərlər

3 fevral, 16:46

"Sabahın alimləri" müsabiqəsində iştirak edəcək şagirdlər bəlli olub

3 fevral, 16:40

Məktəb avtobusları necə olmalıdır? – AÇIQLAMA

3 fevral, 16:30

Dubayda 100 milyon dollarlıq məktəb açılacaq

3 fevral, 16:29

İş yerini qarşılıqlı dəyişmək istəyən müəllimlərin nəzərinə

3 fevral, 16:22

Lütfi Zadə olimpiadası və fənn müsabiqələrinə qeydiyyat başlayır

3 fevral, 16:17

“Bütün məktəblərə avtobus lazım deyil” – Ekspert

3 fevral, 15:54

Üzeyir Hacıbəylinin 140 illiyi qeyd ediləcək - SƏRƏNCAM

3 fevral, 15:38

Rüfət Əzizov ADNSU-ya rektor təyin edildi – SƏRƏNCAM

3 fevral, 15:36

“Helikopter valideynlər”in “əsər”i 

3 fevral, 15:19

Prezident Polad Bübüloğlu ilə bağlı sərəncam imzaladı

3 fevral, 14:36

AzMİU əməkdaşları süni intellektin tədris prosesinə inteqrasiyası barədə məlumatlandırılıb

3 fevral, 14:36

Məktəb direktoru: Xankəndiyə köç davam etdikcə şagirdlərin də sayı artacaq

3 fevral, 14:21

Naxçıvanda məktəblilər arasında II Kimya-Biologiya olimpiadası keçiriləcək

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.