Elm və Təhsil Nazirliyi ilə “ORT İsrail” məktəblər şəbəkəsinin birgə fəaliyyət planına əsasən, Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan “İnnovativ məktəb” layihəsi çərçivəsində keçirilən “Təhsildə liderlik” mövzusunda təlimlər Bakıda davam edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, 27 yanvar tarixində başlayan və STEAM İnnovasiya Mərkəzində baş tutan təlimlərdə 50-yə yaxın pedaqoji heyət iştirak edib. Ötən ay İsrailin Təl-Əviv şəhərində keçirilən 3 həftəlik təlimlərin davamı kimi çıxış edən bu təlimlər layihə əsaslı öyrənmə, bacarıq və səriştələrin qiymətləndirilməsi, öyrənmə metodları, problemlərdən innovativ həllərə və kurikulumda tədris bacarıqları mövzularını özündə birləşdirib.
5 gün davam edən təlimlərdə iştirakçılar qoyulan problemlərə innovativ həllər axtarıb, təqdim etdikləri layihələrin prototipini hazırlayıb və sonda onu sınaqdan keçiriblər.
31 yanvar tarixində təlimlərin bağlanış mərasimi keçirilib və bütün iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “İnnovativ məktəb” layihəsi Azərbaycanda ölkənin digər ümumi təhsil müəssisələri üçün nümunəvi öyrənmə mərkəzlərinə çevriləcək məktəblərin yaradılmasını nəzərdə tutur.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)