Bütün xəbərlər
3 fevral, 14:06

“Monitorinqlər çərçivəsində internat tipli təhsil müəssisələrində uşaqlara göstərilən psixoloji xidmət səviyyəsinin müsbət olduğu müşahidə edilib”.

Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından məlumat verilib.

Qeyd edilib ki, sağlamlıq imkanları məhdud olan uşaqların təhsil aldığı internat məktəblərində azyaşlıların psixi sağlamlığına göstərilən diqqətin artırılması, uşaqlarla psixoloji işin aparılmasında müvafiq standartlaşdırılmış sənədlərin, fərdi iş planlarının formalarının işlənib hazırlanması, bu istiqamətdə məşğələlərin aparılması üçün kabinetlərin əyani vəsaitlərlə təmin olunması zəruridir. Psixoloq və digər mütəxəssislərin çatışmazlığı ilə bağlı məsələ Ombudsmanın diqqətində saxlanılır:

“Əqli və fiziki inkişafında pozuntular olan uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərinin rəhbər işçiləri, inzibati təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”nda “tibb bacısı”, “gecə dayəsi” və “psixoloq” ştatlarının sayının artırılması tövsiyə edilib”.

Məlumatda bildirilib ki, başçəkmələrin təhlilinə əsasən penitensiar müəssisələrdə psixoloji yardımın səmərəli təşkili istiqamətində tədbirlərin gücləndirilməsi zəruri hesab olunur. Qapalı müəssisələrdə saxlanılan və psixi sağlamlığına potensial təhlükə yarana biləcək şəxslərə keyfiyyətli və adekvat yardımın göstərilməsinə ehtiyac vardır.

Qeyd edək ki, Ombudsman yetkinlik yaşına çatmayan məhkumların təhsil hüququnun təmin edilməsi vəziyyətinə, islah olunmalarına və azad olunduqdan sonra cəmiyyətə inteqrasiyası prosesinə nəzarətin gücləndirilməsini təklif edib.

Şərhlər

Xəbər lenti

11 mart, 22:26

Şimali Makedoniyanın Prezidenti Azərbaycanda tələbələrlə görüşəcək

11 mart, 20:58

Şimali Makedoniyanın Prezidenti: Elm sahəsində əməkdaşlığın qurulmasına nail ola bilərik

11 mart, 20:40

Siqaret və içkiyə aludə, mobil asılılıq: Zərərli vərdişlərin fəsadları

11 mart, 20:02

İstedadını incəsənətlə göstərənlər - Qalib şagirdlərlə söhbət

11 mart, 19:00

Uşaqların ekran vaxtının məhdudlaşdırılması onların psixi sağlamlığına təsir edir

11 mart, 18:20

Övladları 1-ci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

11 mart, 17:43

Xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulunun tarixi yaxın günlərdə açıqlanacaq

11 mart, 17:27

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 17:25

Xaricdə doktorantura təhsili üçün tələb olunan sənəd sayı azaldılıb

11 mart, 17:13

Türkiyədə doktorantura təhsili üçün təqaüd imkanı

11 mart, 16:40

İmtahandan üzü qara çıxanlar - Onlara münasibət necə olmalıdır?

11 mart, 16:36

Rektor: Dünyanın tanınmış univesitetlərinin təcrübəsi əsasında ixtisaslaşmaların yeni siyahısı hazırlanır

11 mart, 16:36

“Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib

11 mart, 16:15

Texniki, texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun iclası keçirilib

11 mart, 16:02

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 15:42

Paytaxtda məktəblərin mikroəraziləri ilə bağlı 1630 müraciət cavablandırılıb

11 mart, 15:13

Şagirdlərimizin uğuru bizi daha da həvəsləndirir” – MÜSAHİBƏ 

11 mart, 15:00

Aqrar sahə üzrə yeni təhsil proqramlarının hazırlanması üçün müzakirələrə başlanılıb

11 mart, 13:52

Buraxılış imtahanlarının tarixləri dəyişdirilsinmi?

11 mart, 13:43

UNEC-in 95 illik yubileyinə həsr olunan TEDx konfransı keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.