
"Naxçıvan Dövlət Universitetinin və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birlikdə apardığı fəaliyyət nəticəsində təsis edilmiş İnnovasiya Mərkəzi bizim agentliyin dəstəyi ilə açılan üçüncü bu tipli innovasiya mərkəzidir. Bundan öncə Bakı və Sumqayıt şəhərlərində oxşar formatlı mərkəzlər təsis edilib. Bu gündə biz Naxçıvan şəhərində bu mərkəzinin açılışını icra edirik".
Bu sözləri Naxçıvanda jurnalistlərə açıqlamasında Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev deyib.
O qeyd edib ki, mərkəz həm prototipləşdirmə labarotoriyası, həm də innovasiya mərkəzi funksiyalarını icra edəcək: “Belə ki, burada iki kompüter otağı yaradılıb. Bununla yanaşı, 6 prototipləşdirmə istiqamətli laboratoriya otaqları hazırlanıb, burada 3D printerlər, SNS avadanlıqları və daha çox “hardwere” startapların və layihələrin prototipləşdirmə işlərini icra edilməsi üçün lazım olan texniki avadanlıqlarla təchiz edilib. Mərkəz istər inovasiya istiqamətində, istər texnologiya istiqamətində bir çox proqram və layihələrə ev sahibliyi etməyi planlaşdırılır. Təbii ki, sonraki dövr üçün də geniş miqyaslı bir fəaliyyət planımız mövcuddur”.
Şöbə müdiri əlavə edib ki, bu mərkəz regionların inkişafında xüsusən də inovasiya mədəniyyətin formalaşdırılmasında startap quruculuğunda sahibkarlığın inkişafına çox böyük töhvə verəcək: “Yəni ideyası olan hər bir gəncimiz, tələbəmiz və üniversitetdən kənar fəaliyyət göstərən istənilən hər bir şəxs onu gerçəkləşdirmək üçün lazım olan dəstəyi əldə edəcək. Lazım olan iş mühiti ilə tanış olub öz işlərini icra edəcək. Bu tipli mərkəzlər ümumilikdə beynəlxalq praktikada çox böyük effekt təşkil edir. Biz inanırıq ki, Naxçıvandakı innovasiya mühitinin də buna çox böyük töhfəsi olacaq”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər