Bütün xəbərlər
22 aprel, 10:53

Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin seçim mərhələsi başlayıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, 22-25 aprel tarixlərində keçiriləcək seçim turunda olimpiadanın qeydiyyat və ilkin mərhələsindən uğurla keçən 15 000-dən artıq şagird iştirak edəcək. İştirakçılar mərkəzləşdirilmiş qaydada təşkil olunmuş imtahanda bilik və bacarıqlarını nümayiş etdirəcəklər.  

İmtahan Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər də daxil olmaqla ümumilikdə 72 mərkəz, 48 şəhəri əhatə edəcək və şagirdlərə 21 tapşırıq üçün 2 saat 30 dəqiqə vaxt veriləcək.

Seçim mərhələsində iştirak edəcək şagirdlər imtahan mərkəzlərinin tam siyahısı və əlavə məlumatları codehour.edu.az saytından əldə edə bilərlər. 

Qeyd edək ki, ilkin qeydiyyat mərhələsində respublika üzrə 5-11-ci sinif şagirdləri iştirak edib. Qeydiyyat mərhələsində verilən tapşırıqları uğurla yerinə yetirən iştirakçılar I mərhələyə vəsiqə qazanıblar.

Dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər. III və IV mərhələlər 5 müxtəlif regionda təşkil ediləcək. Bu mərhələlərdə iştirakçılar üçün onların bilik və bacarıqlarının inkişafına töhfə verəcək maarifləndirici sessiya və seminarlar təşkil ediləcək. 

Müsabiqənin final mərhələsində isə 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.

1 /1

Şərhlər

Xəbər lenti

18 may, 14:13

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

18 may, 14:00

Qarabağın bəzi məktəbləri ilk dəfə monitorinqə cəlb edilib

18 may, 13:54

Müəllim vakansiyası adı altında fırıldaqçılıq - DİN çağırış etdi

18 may, 13:50

Naxçıvanda VI sinif şagirdləri üçün monitorinq keçirilib

18 may, 13:45

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

18 may, 08:57

“Elsevier” və “Informascope” şirkətlərinin nümayəndələri BANM-də təlim keçiblər

17 may, 22:46

Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

17 may, 21:09

Monitorinq imtahanında texniki nasazlıq olub, şagirdlərə əlavə vaxt verilib

17 may, 15:53

“Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı başlayıb

17 may, 15:11

Ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilib

17 may, 14:34

Bu universitet 345 vakansiya elan etdi

17 may, 14:19

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının nəticələri açıqlanıb

17 may, 11:44

BANM-də “Açıq qapı” günü keçirilib

16 may, 22:11

ADNSU-da “Brain Ring” intellektual yarışı keçirilib

16 may, 22:03

BDU-da yeni mərkəz yaradılıb

16 may, 20:19

Məktəblilərimiz ABŞ-də bürünc medal qazandılar

16 may, 18:18

Rektor ADPU-nu robot olimpiadasında təmsil edən komandanın üzvləri ilə görüşüb

16 may, 18:15

Dərsi muzeydə keçmək olar

16 may, 18:06

AzMİU-da "Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib 

16 may, 18:00

RFO-da qalib sayına görə fərqlənən ən yaxşı məktəblərin adları açıqlandı – SİYAHI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.