Bütün xəbərlər
4 aprel, 09:06

Aprelin 3-də "Minasız Azərbaycan" – Uşaqların Yaradıcı Gücü ilə Mina Təhlükəsizliyi" adlı tədbir çərçivəsində "Minasız Azərbaycan" yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqənin məqsədi yaradıcı yanaşma ilə mina təhlükəsizliyi mövzusunda uşaqlar arasında maarifləndirməni genişləndirmək olub. Rəsm, heykəltaraşlıq, video və süni intellekt vasitəsilə yaradılan qrafik dizayn nominasiyaları üzrə keçirilən "Minasız Azərbaycan" yaradıcılıq müsabiqəsinə məktəblilər tərəfindən 100-dən çox rəsm, heykəltaraşlıq, süni intellekt (AI) ilə yaradılmış qrafik dizayn, mina təhlükəsi ilə bağlı maarifləndirici vizual materiallar, fotoşəkil və digər yaradıcılıq nümunələri təqdim edilib. 

Final mərhələsində müsabiqəyə təqdim olunan işlər arasından dörd nominasiya üzrə I, II, III yerlər üzrə qaliblər seçilərək diplom və mükafatlarla təltif olunublar. 

Tədbir zamanı sərgilənən yaradıcılıq nümunələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və mina təhlükəsizliyi mövzusunda maarifləndirmə işlərinin yaradıcı yanaşma ilə aparılmasının əhəmiyyəti bir daha vurğulanıb. 
Tədbir çərçivəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin birgə təşkil etdiyi sərginin hazırlıq mərhələsində uşaqlar peşəkar müəllim və metodistlərin rəhbərliyi ilə mina təhlükəsizliyi mövzusunda öz rəsm əsərlərini yaradıblar. 

Qeyd edək ki, 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsinə qarşı Mübarizə Gününə həsr olunan, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilən "Minasız Azərbaycan" – Uşaqların Yaradıcı Gücü ilə Mina Təhlükəsizliyi" adlı tədbirin əsas məqsədi uşaqlara mina təhlükəsizliyi barədə biliklərin aşılanması və bu istiqamətdə yaradıcı potensiallarının inkişaf etdirilməsi olub.

1 /18

Şərhlər

Xəbər lenti

9 aprel, 17:50

SABAH.HUB-ın təşkilatçılığı ilə növbəti "Demo Day" keçirilib

9 aprel, 17:27

Ölkədə süni intellekt ekosisteminin formalaşması xeyli sürətlənib

9 aprel, 17:25

Qərbi Azərbaycana qayıdış mövzusu Sumqayıtda müzakirə edildi

9 aprel, 17:22

Cənab Prezidentin etimadı qarşıya yeni vəzifələr qoyur

9 aprel, 17:12

III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başlayır

9 aprel, 17:07

Rəqəmsal və nəqliyyat naziri İsrailin elm və texnologiya naziri ilə görüşüb

9 aprel, 16:46

ADNSU və Dövlət Su Ehtiyatları Agentliyi arasında əməkdaşlıq görüşü keçirilib

9 aprel, 16:41

Ağstafada şagird məktəb yoldaşına xəsarət yetirib

9 aprel, 16:15

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? – Tərcümeyi-hal

9 aprel, 16:10

Mingəçevir Dövlət Universitetinə rektor təyin edildi – SƏRƏNCAM

9 aprel, 16:05

Alimlərimizdən zəlzələ ilə bağlı mühüm tədqiqat

9 aprel, 16:03

Paytaxt məktəbliləri Avropada çempion oldular

9 aprel, 15:43

RFO-nun final turunda iştirak hüququ qazananların NƏZƏRİNƏ!

9 aprel, 15:41

Paytaxt məktəblərində anonim qutular yaradılıb – VİDEO

9 aprel, 15:24

Nicat Məmmədli: Bəzi ixtisasların tədris müddətinin azaldılması müzakirə olunur

9 aprel, 15:18

"Türkiyə–Azərbaycan Universiteti təhsil tərəfdaşlığının mühüm nümunəsidir" – Erol Özvar

9 aprel, 15:00

“Məktəbli avtobusu” necə fəaliyyət göstərəcək? – Ekspertdən təklif

9 aprel, 14:57

TKTA İdarə Heyətinin sədri BANM-də şagirdlərlə debat keçirib

9 aprel, 14:40

"Elmi sahədə islahatlar gənc tədqiqatçılar üçün böyük imkanlar vəd edir" – Qulam Babayev

9 aprel, 14:29

NDU-da “Media və süni intellekt” adlı “dəyirmi masa” keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.