Bütün xəbərlər
13 yanvar, 09:57

Siz vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Vətəndaş müraciətlərinə həssas münasibət dövlətin son illər həyata keçirdiyi islahatların ön planında dayanır. Vətəndaşlara xidmət səviyyəsi dövlət orqanlarının fəaliyyətinin qiymətləndirilməsinin əsas meyarlarından biridir. Bu baxımdan vətəndaş məmnunluğunu dövlət qurumunun fəaliyyətinin aynası hesab etmək olar. Dövlət başçısı İlham Əliyev hər çıxışında vətəndaşların müraciətlərinə və onların problemlərinə xüsusi diqqətlə yanaşmağın önəmini vurğulayır, məmurlardan vətəndaşların problemlərinə həssaslıqla yanaşılmasını tələb edir. Vətəndaşların dövlət qurumlarına etimadı həyata keçirilən siyasi xəttin şəffaflığının göstəricisidir.

Bu baxımdan Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması və proses zamanı tətbiq edilən yenilikləri uğurlu nümunələrdən hesab etmək olar. 

MÜTDA-ya vətəndaş qəbulunun rahat və əlçatan olması, müraciətlərə operativ şəkildə baxılması və araşdırılması əsas prioritetlərdəndir. Agentliyə daxil olan hər bir müraciət qeydiyyata götürülür və qanunvericilik çərçivəsində həlli istiqamətində ən qısa müddətdə zəruri addımlar atılır. Vətəndaş Qəbulu Mərkəzində 8 qəbul pəncərəsi fəaliyyət göstərir. Mərkəzin əməkdaşları vətəndaşların müraciətlərini qeydə alır, aidiyyəti bölmə və sektorla əlaqə yaradır və müraciətin cavablandırılmasını həyata keçirirlər. Burada sosial cəhətdən həssas əhali qrupuna aid olan şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, müharibə veteranları, əlilliyi olan şəxslərə xüsusi həssaslıqla yanaşılır. Agentliyin Vətəndaş Qəbulu Mərkəzinə ötən il ərzində əyani olaraq 11473 nəfər müraciət edib.

Şəffaflığın təmin edilməsi məqsədilə başda agentlik rəhbərliyinin qəbulları olmaqla bütün qəbullar  audio-video nəzarət altında həyata keçirilir. Bütün bunlar son nəticədə bir məqsədə - vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir.

Elm və Təhsil Nazirliyinə sosial media üzərindən daxil olan müraciətlərin MÜTDA-ya aid qismi agentliyin aidiyyəti üzrə cavabdeh əməkdaşları tərəfindən operativ şəkildə cavablandırılır. Buraya ötən il ərzində 71 min, son bir ay ərzində isə 6 mindən artıq vətəndaşın müraciəti qeydə alınıb. Müraciətlər  müəllimlərin işə qəbulu, iş yerlərinin dəyişdirilməsi, təhsilverənlərin sertifikasiyası, şagirdlərin yerdəyişməsi, birinci sinfə və məktəbəhazırlıq qruplarına qəbulu, məktəbəqədər və ümumi təhsil müəssisəsinə uşaq qəbulu, tərbiyəçi-müəllimlərin işlə təminatı  və digər məsələlərlə bağlı olur. Həmçinin vətəndaşlara portal.edu.az elektron platformasında şəxsi kabinetlərində yaranmış texniki problemlə bağlı dəstək göstərilir.

Vətəndaşlar  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 146-2 Çağrı Mərkəzinə müraciət edərək onları maraqlandıran məsələlərlə bağlı ətraflı məlumat əldə edə bilərlər. Bu çağrı mərkəzi operativlik baxımından xüsusi önəm kəsb edir.  Ötən il ərzində mərkəzə 158610 zəng olunub. 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətlərindən biri də təhsil müəssisələrində baş verə biləcək xüsusi halların idarə edilməsidir. Agentliyin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, təhsil ocaqlarında yarana biləcək xüsusi hallarla bağlı qurum rəsmilərinin iştirakı ilə noyabr-dekabr ayları ərzində ölkə üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirilib, söhbətlər aparılıb. 

Dörd mindən artıq təhsil işçisinin iştirakı ilə keçirilən görüşlərdə xüsusi hallarla bağlı müvafiq əmr və onun icrasına diqqətin ayrılması iştirakçılar tərəfindən müsbət qarşılanıb. Məqsəd xüsusi hallar zamanı həyata keçirilməli addımlar haqqında pedaqoji kollektivin maarifləndirilməsi, təhsil müəssisələrində xüsusi halların idarə edilməsi üçün işçi  qrupunun yaradılmasına nail olmaqdır. Keçirilən görüşlərdə agentliyin rəsmiləri  məktəblərdə baş verən xüsusi hallarla bağlı məsələlərə hər zaman həssaslıqla yanaşıldığını, xüsusilə şagirdlərin təhlükəsizliyinin ön planda dayandığını vurğulayıblar.

Bildirilib ki, həssas qruplara daxil olan uşaqlara diqqətin artırılması, valideynlərlə əməkdaşlığın gücləndirilməsi, effektiv kommunikasiyanın yaradılması olduqca vacibdir. Maarifləndirici görüşlərdə müvafiq təkliflər irəli sürülüb, iştirakçıları maraqlandıran suallar agentliyin rəsmisi  tərəfindən  cavablandırılıb. 

Rəşad ZİYADOV, 
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mütəxəssisi

Xəbər lenti

5 fevral, 19:18

Samux məktəbində kompleks yoxlamalara başlanıldı - SƏBƏB

5 fevral, 19:00

Təlimdə açıq izahın əhəmiyyəti: Dəyişən yanaşmalar və tələbələrin uğuru 

5 fevral, 18:31

Məktəbdənkənar təhsil müəssisələrinə elektron qeydiyyat başa çatıb

5 fevral, 18:00

Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 

5 fevral, 17:30

Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib

5 fevral, 17:10

Gənc müəllim: Dərsdə ən zəif şagirdin belə fəal olmasına çalışıram

5 fevral, 17:03

Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək

5 fevral, 16:58

Təhsilin “McDonaldlaşdırılması”: səmərəlilik, yoxsa dəyərlərin itkisi? 

5 fevral, 16:52

Texniki və yumşaq bacarıqlar ilk dəfə keys metodu ilə qiymətləndirilib

5 fevral, 16:37

Təhsil real həyatla əlaqələndirilməlidir - Laura Hinz nümunəsi 

5 fevral, 16:04

Akademik uğurların artması üçün nələrə diqqət yetirilməlidir?    

5 fevral, 15:53

Elm və təhsil naziri Emin Əmrullayev sabah brifinq keçirəcək

5 fevral, 15:43

Özəl bağçalar davranış pozuntuları olan uşaqları uzaqlaşdırmağı çıxış yolu sayırlar - Mütəxəssis

5 fevral, 15:30

NASA: Yeni yanacaq texnologiyası ilə Marsa cəmi 45 günə gedilə bilər

5 fevral, 15:19

Şuşada STEAM Mərkəz fəaliyyətə başlayıb

5 fevral, 15:11

Ayın iki nəhəng kanyonu 10 dəqiqədən az bir vaxtda formalaşıb

5 fevral, 14:52

Mil-Muğan regionunda 2 yeni məktəb binası istifadəyə veriləcək

5 fevral, 14:31

Mingəçevirdə dərs zamanı halı pisləşən məktəbli vəfat edib

5 fevral, 14:21

Şagirdlərin peşə bacarıqlarının inkişafında yaradıcı düşüncənin rolu

5 fevral, 14:06

“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı konfrans başlayıb

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.