Bütün xəbərlər
3 dekabr, 14:15

Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

lbrus İsayev 7 oktyabr 1979-cu ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Naxçıvan şəhər 11 saylı orta məktəbdə alıb. 1996–2000-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin “Tarix müəllimliyi” ixtisasının bakalavr, 2000–2002-ci illərdə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib. 

2000–2005-ci illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərib. 2000–2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb. 2008–2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin "Beynəlxalq münasibətlər" kafedrasında baş müəllim vəzifəsində çalışıb. 2008–2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində çalışıb. 

2012-ci ildən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin "Beynəlxalq münasibətlər" kafedrasının dosenti vəzifəsində elmi-pedoqoji fəaliyyətini davam etdirir. 2013-cü ildə Naxçıvan Özəl Universiteti Humanitar elmlər kafedrasının müdiri vəzifəsində,  2014–2018-ci illərdə "Naxçıvan" Universiteti İdarəetmə fakültəsinin dekanı, Beynəlxalq münasibətlər kafedrasının dosenti vəzifələrində çalışıb. 

2018–2019-cu illərdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru olub. 2019-cu ildən Naxçıvan Dövlət Universitetinin rektorudur.

Şərhlər

Xəbər lenti

29 aprel, 09:59

Bakıda "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilib

29 aprel, 09:50

“Gənc istedadlar” liseyində “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

29 aprel, 09:42

Ulu Öndərə həsr olunmuş seminar keçirilib

28 aprel, 18:12

Zərifə Əliyevanın adını daşıyan məktəbdə xatirəsi anılıb

28 aprel, 18:05

Gəncədə Beynəlxalq İKT-də Qızlar Gününə həsr olunmuş tədbir keçirilib

28 aprel, 17:00

Sevgi ilə böyüyən uşaqlar: İnternat tipli gimnaziyada bir gün 

28 aprel, 16:27

“Müasir metodist” layihəsi çərçivəsində vebinar təşkil olunub

28 aprel, 15:58

Şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri açıqlandı

28 aprel, 15:55

"Cinayət prosesində uşaq hüquqlarının müdafiəsi" mövzusunda təlim keçirilir

28 aprel, 15:48

Malayziya və Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə edilib

28 aprel, 15:13

Məktəblilər BDU-da olublar

28 aprel, 15:13

Müəllimlikdən başlayan ömür yolu

28 aprel, 15:02

TKTA rəhbərliyi region universitetlərində bir sıra görüşlər keçirib

28 aprel, 14:35

Azərbaycan Psixoloqlarının I Forumunun açılışı olub

28 aprel, 14:34

AzMİU əməkdaşları Özbəkistanda keçirilən beynəlxalq sərgidə iştirak ediblər

28 aprel, 13:30

Çində təhsil alan doktorant: “Gənc tədqiqatçılar iki ölkə arasında elmi körpü ola bilərlər”

28 aprel, 13:24

Mayın 28-dək meteor yağışı müşahidə olunacaq

28 aprel, 13:08

“Məktəbli könüllülərin yaz düşərgəsi”nin açılış mərasimi keçirilib

28 aprel, 13:03

RFO-nun fizika və kimya fənləri üzrə final turu keçirilib

28 aprel, 12:20

“Öyrənməyi öyrətmək” – Dərin öyrənmənin sirri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.