Bütün xəbərlər
19 yanvar, 17:14

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yanvarın 19-da şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə IX və XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq növbəti  monitorinq qiymətləndirmə imtahanı keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, monitorinq imtahanlarında muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 9 mindən artıq şagirdin iştirakı təmin olunub.

İmtahanda şagirdlərə Azərbaycan  və ingilis dillərinin hər birindən ayrı-ayrılıqda 30, riyaziyyat fənnindən isə 25 olmaqla ümumilikdə 85 sual təqdim olunub və 3 saat vaxt ayrılıb.

Qeyd edək ki, monitorinq imtahanı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub.

Bildirilib ki, mərkəzin imkanlarından istifadə edilməklə  IV-VIII siniflərdə ümumi, IX-XI siniflərdə isə buraxılış və qəbul imtahanları formatında olmaqla tədris ili ərzində 6 monitorinq qiymətləndirmə imtahanları təşkili nəzərdə tutulur. Bu gün təşkil olunan monitorinq imtahanı 2024-2025-ci tədris ilində keçirilən ikinci sınaq imtahanıdır.

Qeyd edək ki, monitorinq qiymətləndirmə imtahanları dövlət proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən ödənişsiz olmaqla həyəta keçirilir.

1 /5

Xəbər lenti

21 yanvar, 12:22

AzMİU Kunayev Universiteti ilə birgə layihələr həyata keçirəcək

21 yanvar, 12:10

“Çıxın otaqdan, dərsimə mane olursunuz” – “Müəllimliyin insanlıq fəlsəfəsi”

21 yanvar, 12:07

UFAZ-da yaz semestrinin dərslərinə start verilib

21 yanvar, 11:41

Hansı Avropa ölkələri məktəblərdə mobil telefonları qadağan edib?

21 yanvar, 11:40

Uşaq Birliyi Təşkilatı rəhbəri nələri bilməlidir?

21 yanvar, 11:17

“Olimpiadaya hazırlaşmağa kömək etdiyim 2 şagird bürünc və gümüş medal alıb”

21 yanvar, 10:59

Müəllim o vaxt xoşbəxtdir ki... – “Müəllimliyin insanlıq fəlsəfəsi”

21 yanvar, 10:50

Təhsilli cəmiyyətə açılan pəncərə...

21 yanvar, 10:13

Təhsildə innovasiya: Gələcəyin təhsil modelləri

21 yanvar, 10:07

“Texnologiya şagirdlərin xidmətində olmalıdır, əksinə deyil” – Stefania Giannini

21 yanvar, 10:03

“BilBacar” müsabiqəsinin yanvar ayı üzrə yarış mərhələsinə start verilib

21 yanvar, 09:45

Mil-Muğan bölgəsində RFO-nun yarımfinal mərhələsinə keçən şagirdlərin sayı açıqlanıb

21 yanvar, 09:45

Bağçalarda MİQ üzrə müsahibə mərhələsindən keçənlərin nəzərinə

21 yanvar, 09:13

Dövlət Gömrük Komitəsinin Akademiyasında imtahan sessiyası izlənilib

20 yanvar, 21:42

II Kimya-Biologiya olimpiadasının rayon turunun nəticələri açıqlanıb

20 yanvar, 17:43

“BTR-lərdən biri avtomobilin üstündən basa-basa keçdi” - 20 Yanvarın unudulmayan dəhşətləri

20 yanvar, 14:44

Elm və Təhsil Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

20 yanvar, 12:41

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

20 yanvar, 11:38

Anar İsgəndərov: Şimaldan heç vaxt ölkəmizə "isti külək" gəlməyib

20 yanvar, 10:13

Həyatı qəhrəmanlıq dastanına çevrilən şəhid məktəblilərimiz

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.