Bütün xəbərlər
13 yanvar, 11:56

Bölgələrdə istedadlı şagirdlərin təhsil ala biləcəyi lisey və gimnaziyaların şəbəkəsi genişləndirilir.

Bunu "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

O bildirib ki, Oğuz, Qobustan, Sumqayıt, Lənkəran, Mingəçevir kimi bir çox rayon və şəhərlərdə yeni liseylər yaradılır.

"Ötən il 34 müxtəlif lisey və gimnaziyada təhsil almaq üçün 25 min nəfərə yaxın şagird müraciət edib və onlar arasından ən yaxşı 3 min şagird bu müəssisələrə qəbul olub. Regionlarda istedadlı şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi məqsədilə son iki ildə 5 lisey yaradılıb və fəaliyyət göstərir.

"Ölkə daxilində istedadlı şagirdlərin aşkar edilməsi üçün həyata keçirilən müxtəlif müsabiqə və olimpiadalarda iştirakçıların sayı 15% artaraq 150 min nəfər təşkil edib. Olimpiada və müsabiqələrin keçirilməsində məqsəd şagirdlərin istedadının aşkar edilməsi üçün müvafiq platforma və gələcək perspektivin verilməsidir. Respublika fənn olimpiadaları qaliblərinin müvafiq ixtisaslarda birbaşa təhsil almaq hüququ əldə etməsi bu istiqamətdə motivasiyaya səbəb olur.

Məktəblilərimiz hər il 20-dən çox beynəlxalq olimpiadada iştirak edirlər. Son illərdə qazanılmış medal saylarında müsbət dinamika müşahidə olunur. Ötən tədris ilində şagirdlərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda uğurla çıxış ediblər. Beynəlxalq fənn olimpiadalarında milli komandalarımız 21 fərqli beynəlxalq olimpiadalarda iştirak edib. Şagirdlərimiz tərəfindən  birinci yer üzrə 6,  ikinci yer üzrə 22, üçüncü yer üzrə isə 35 medal olmaqla ümumilikdə 63 medal və 18 həvəsləndirici sertifikat qazanılıb", – deyə nazir müavini əlavə edib.

Xəbər lenti

5 fevral, 19:18

Samux məktəbində kompleks yoxlamalara başlanıldı - SƏBƏB

5 fevral, 19:00

Təlimdə açıq izahın əhəmiyyəti: Dəyişən yanaşmalar və tələbələrin uğuru 

5 fevral, 18:31

Məktəbdənkənar təhsil müəssisələrinə elektron qeydiyyat başa çatıb

5 fevral, 18:00

Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 

5 fevral, 17:30

Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib

5 fevral, 17:10

Gənc müəllim: Dərsdə ən zəif şagirdin belə fəal olmasına çalışıram

5 fevral, 17:03

Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək

5 fevral, 16:58

Təhsilin “McDonaldlaşdırılması”: səmərəlilik, yoxsa dəyərlərin itkisi? 

5 fevral, 16:52

Texniki və yumşaq bacarıqlar ilk dəfə keys metodu ilə qiymətləndirilib

5 fevral, 16:37

Təhsil real həyatla əlaqələndirilməlidir - Laura Hinz nümunəsi 

5 fevral, 16:04

Akademik uğurların artması üçün nələrə diqqət yetirilməlidir?    

5 fevral, 15:53

Elm və təhsil naziri Emin Əmrullayev sabah brifinq keçirəcək

5 fevral, 15:43

Özəl bağçalar davranış pozuntuları olan uşaqları uzaqlaşdırmağı çıxış yolu sayırlar - Mütəxəssis

5 fevral, 15:30

NASA: Yeni yanacaq texnologiyası ilə Marsa cəmi 45 günə gedilə bilər

5 fevral, 15:19

Şuşada STEAM Mərkəz fəaliyyətə başlayıb

5 fevral, 15:11

Ayın iki nəhəng kanyonu 10 dəqiqədən az bir vaxtda formalaşıb

5 fevral, 14:52

Mil-Muğan regionunda 2 yeni məktəb binası istifadəyə veriləcək

5 fevral, 14:31

Mingəçevirdə dərs zamanı halı pisləşən məktəbli vəfat edib

5 fevral, 14:21

Şagirdlərin peşə bacarıqlarının inkişafında yaradıcı düşüncənin rolu

5 fevral, 14:06

“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı konfrans başlayıb

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.